Ələt qəsəbəsinin seçicilərinin də birmənalı seçimi cənab İlham Əliyevdir
04.04.2018 [10:25]
Təbliğat kampaniyası çərçivəsində Qaradağ rayonunun Ələt qəsəbəsinin seçiciləri ilə görüş keçirilib
Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində növbəti görüş rayonun Ələt qəsəbəsinin seçiciləri ilə keçirilib. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov artıq prezident seçkilərinin keçirilməsinə bir neçə gün qaldığını xatırladaraq, ölkəmizdə seçkilərin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində bütün müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. Milli Məclisin deputatı görüşdə daha sonra YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər barədə danışıb. Millət vəkilinin sözlərinə görə, hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də möhtəşəm nailiyyətlər əldə olunub. Qarşıda böyük hədəflərin dayandığını bildirən A.Hüseynov deyib ki, Azərbaycanın yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin edəcək bu hədəflərin reallaşdırılması üçün cənab İlham Əliyevə səs verməliyik.
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatı Seçki Qərargahının üzvləri Xaliq Məmmədov, Ramin Quliyev, Aqşin Paşayev, Nəriman Qurbanov, Hicran Xəlilova, Roman Nağıyev, həmçinin qəsəbə ağsaqqallarından Qurbanqulu Rəhimov, seçicilərdən Məmmədfaruq Muradov, Allahyar Ağayev və digərləri cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs ediblər. Görüşdə bir daha əminliklə vurğulanıb ki, aprelin 11-də Qaradağ rayon seçiciləri Azərbaycanın daha parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

