YAP Pirallahı rayon təşkilatı qanvermə aksiyası keçirib
25.04.2016 [09:07]
Dünən 10 saylı Birləşmiş şəhər Xəstəxanasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Donor günü” keçirilib. Aksiya YAP Pirallahı rayon təşkilatının tədbirlər planına uyğun olaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.
Öncə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının tibbi heyəti partiyanın könüllülərini müayinədən keçirib və sağlamlığı donor olmağa imkan verən şəxslərin qanları götürülüb. YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov tədbirin keçirilməsində əsas məqsədin aprelin 2-5-də cəbhə xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində yaralanmış əsgərlərimizə qan vermək olduğunu nəzərə çatdırıb. Təşkilat sədri bildirib ki, ordumuz bu hadisələr zamanı düşmənə layiqli cavab verib: “Nəticədə bir sıra mühüm strateji məntəqə və yüksəkliklərimiz düşmən tapdağından azad olundu. Bu, hərbdə çox vacib məsələlərdən biridir. Bir daha sübut olundu ki, Azərbaycan Ordusu dünyanın aparıcı ordularından biridir. Artıq ermənilərin çıxış yolları qalmayıb”.
M.Manafov onu da qeyd edib ki, keçirilən aksiya yaralı əsgərlərimizə, qana ehtiyacı olan hərbçilərimizə dəstəkdir: “Bu gün hər bir YAP üzvü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib”.
M.Manafov deyib ki, rayon təşkilatının bu təşəbbüsünə yüzlərlə insan dəstək verib və qanvermə aksiyasında iştirak edib: “Bu cür humanist aksiyalara partiyamızın fəal üzvləri daim dəstək olub və bu gün də dəstəyin şahidi oluruq. İnsanlar səhər saatlarından etibarən xəstəxanaya axışaraq qanvermə aksiyasında iştirak etməyi özlərinin mənəvi borcu hesab etdiklərini dilə gətirirlər”.
Qanvermə aksiyasında iştirak edən rayon sakinləri bu cür ideyaları dəstəklədiklərini və aksiyaya qoşulmaqdan qürur hissi duyduqlarını vurğulayıblar.
Qeyd edək ki, aksiyada ümumilikdə 300 nəfərdən çox insan iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

