YAP Göyçay rayon təşkilatının səkkizinci konfransı keçirilib
22.04.2016 [10:14]
Aprelin 21-də Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının səkkizinci konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər. Konfransda dövlət himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hesabat məruzəsi ilə çıxış edən YAP Göyçay rayon təşkilatının sədr əvəzi Sahib Şükürov diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşan, böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub və fəaliyyətini uğurla davam etdirir. Qeyd edilib ki, YAP yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli yol keçib. Bildirilib ki, 1993-cü ildə fəaliyyətə başlayan YAP Göyçay rayon təşkilatı hazırda 7828 üzvü ətrafında birləşdirir. Bu gün YAP rayon təşkilatının üzvləri Ulu öndər Heydər Əliyevin ideyalarının davamçılarıdır.
Tədbirdə ötən konfransdan keçən müddətdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, hazırda YAP Göyçay rayon təşkilatı ətrafında birləşən üzvlərin 4488-i qadınlar, 3112-si isə gənclərdir. Ötən hesabat-seçki yığıncağından bu günədək partiya sıralarına 427 göyçaylı qəbul olunub.
Konfransda YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Elman Nəsirov və Rauf Əliyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov çıxış edərək YAP rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Bildirilib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkəşli axarda cərəyan etdiyi bir vaxtda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas siyasi qüvvəyə çevrilən partiya olub. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xilas olub. Bu gün YAP-ın sıralarında birləşən 650 mindən çox insan Ulu öndər Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır. Yeni Azərbaycan Partiyasının yaranması ölkəyə tərəqqi gətirib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Sahib Şükürov YAP Göyçay rayon təşkilatının sədri seçilib. Eyni zamanda, 3 nəfər sədr müavini seçilib, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu yaradılıb, 49 nəfər Şura üzvü və 17 nəfər İdarə Heyətinə üzv seçilib.
Sonra Yeni Azərbaycan Partiyasına yeni üzv olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18

