/ / YAP Qadınlar Şurasının üzvləri Novruz bayramı münasibətilə Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar
YAP Qadınlar Şurasının üzvləri Novruz bayramı münasibətilə Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar
15.03.2016 [10:00]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvləri Novruz bayramı münasibətilə Şaqan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar. www.yap.org.az saytının məlumatına görə, görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva pansionatda müalicə olunan insanları qarşıdan gələn bayram münasibətilə təbrik edib. Nurlana Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ehtiyacı olan şəxslərə daim xüsusi diqqət və qayğı ilə yanaşır. Bu insanların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır.
Azərbaycanın son illər qazandığı böyük uğurlardan danışan Nurlana Əliyeva, həmçinin, qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də, ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir. “Bizim arzumuz doğma Azərbaycanımızı firavan, xoşbəxt görməkdir. Arzu edirik ki, hamılıqla bir yerdə torpaqlarımızın işğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. Azərbaycan Prezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir”, - deyə YAP Qadınlar Şurasının sədri vurğulayıb.
Onun sözlərinə görə, YAP daim müxtəlif layihələr reallaşdıraraq qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir. Nurlana Əliyeva belə görüşlərin bundan sonra da davam edəcəyini deyib.
YAP Qadınlar Şurasının sədri qeyd edib ki, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb: “Burada yaşayan insanların əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin və partiyamızın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təmin olunması üçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasın. Bizim belə tədbirlərimiz də dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır”.
YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri, pansionatın direktoru Pərvanə Hacıyeva çıxış edərək göstərilən diqqətə və qayğıya görə ölkə Prezidentinə minnətdarlığını bildirib. O qeyd edib ki, pansionatın sakinləri hər cür şəraitlə təmin olunmaqla yanaşı, dövlətin bütün sosial proqramlarından istifadə edə bilirlər.
Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının bayram sovqatı təqdim olunub.
Görüş konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

