/ / YAP Qubadlı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü qeyd edilib
YAP Qubadlı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü qeyd edilib
21.11.2015 [10:02]
Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü münasibəti ilə tədbir keçirib. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin YAP Qubadlı rayon təşkilatının foyesində qoyulmuş büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyublar.
Tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən film nümayiş olunub. Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, YAP ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır: “Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin o ağır illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs bu böyük şəxsiyyətin sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Həqiqi mənada müstəqil dövlətçiliyin bərqərar olması, iqtisadi, hərbi, mədəni potensialların hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-amanlıq şəraitinin yaradılması müasir Azərbaycanın inkişafının təməl prinsipinə çevrildi. Ulu öndərin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun davam etdirilməsi ölkəmizi çiçəklənən bir diyara çevirib”.
Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının Gənclər Birliyinin sədri Aqil Quliyev YAP-ın Azərbaycan gəncliyinin inkişafındakı rolundan danışıb. Çıxış edən digər natiqlər Yeni Azərbaycan Partiyasının keçdiyi uğurlu tarixi yolla bağlı fikirlərini bölüşüblər. Tədbirin sonunda fəal YAP üzvlərinə fəxri fərmanlar, yeni üzvlərə üzvlük vəsiqələri verilib.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

