YAP-ın namizədi Şəmsəddin Hacıyev Badamdar sakinləri ilə görüşüb
30.10.2015 [10:36]
Şəmsəddin Hacıyev: Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanı güclü, qüdrətli dövlətə çevirib
Yeni Azərbaycan Partiyasının (YAP) 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevin Səbail rayonu Badamdar qəsəbəsinin sakinlərilə növbəti görüşü keçirilib. Görüşü giriş sözü ilə açan namizədin səlahiyyətli nümayəndəsi Muxtar Nağıyev deputatlığa namizəd Şəmsəddin Hacıyevin həyat və əmək fəaliyyətilə bağlı geniş məlumat verib. YAP-ın builki seçkilərdə şüarının “Yeni hədəflərə doğru!” olduğunu da xatırladan səlahiyyətli nümayəndə məhz səbaillilərin yaxından iştirakı ilə bu hədəflərə çatacaqlarına inandığını deyib.
YAP tərəfindən 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Şəmsəddin Hacıyev sakinlərlə görüşdə çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və üçüncü dəfə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə dolğun, ətraflı məlumat verib. Ş.Hacıyev Azərbaycanın uğurlu inkişafından danışaraq bildirib ki, son 12 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir: “Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Bu gün iqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan dünyanın əksər dövlətləri qlobal maliyyə böhranında boğularkən Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənir. Təbii ki, bu nailiyyətləri qəbul edə bilməyən bəzi dairələr müxtəlif çirkin vasitələrlə kampaniyalar təşkil edib Azərbaycanı gözdən salmağa can atırlar və bunu bacarmayanda isə beynəlxalq təşkilatlar vasitəsilə təhdid dililə danışmağa çalışırlar, ancaq yenə də “istək”lərinə nail ola bilmirlər. Tək ümidlərisə hansısa vasitələrlə ələ aldıqları ölkəmizdəki “beşinci kolon”un üzvlərinə qalır. Bu vətən xainlərinin əlilə ölkəmizdə xaos, iğtişaş yaratmaqla, ictimai-siyasi sabitliyi pozmaqla, yalan “donoslar”, heç bir siyasi anlamı olmayan “siyasi məhbus” siyahısı hazırlayıb öz maraqlarına xidmət edən beynəlxalq təşkilatlara göndərməklə Azərbaycanın əleyhinə hansısa sanksiyaların tətbiq olunmasına çalışırlar. Ancaq təqdirəlayiq haldır ki, “beşinci kolon”un üzvlərinin vətənə xəyanətinə xalq öz kəskin qiymətini verir”.
Şəmsəddin Hacıyev həmçinin bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin zəfər əldə edəcəyinə inanırıq, çünki bizi xalq dəstəkləyir və bütün seçkilərdə seçicilərin yüksək etimadını qazanaraq, qələbələr qazanmışıq: “Nailiyyətin əldə olunmasının əsas səbəbi Azərbaycan vətəndaşlarının, seçicilərin, bütün Azərbaycan xalqının Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə böyük inamıdır. Hər bir Azərbaycan seçicisi Prezident İlham Əliyevə inanır, etimad edir, həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir. Təbii ki, bu amillər seçicilərin rəyinin və qənaətinin formalaşmasına bilavasitə təsir edir. İnanırıq ki, xalq dövlətin daha da güclənməsi, qüdrətli olması üçün hakim partiyanın namizədlərinə dəstək verəcək və növbəti 5 il Azərbaycanın ictimai-siyasi həyatında əsaslı keyfiyyət dəyişikliklərilə yadda qalan il olacaq. Məhz bu davamlı xarakter alacaq uğurlara görə 1 noyabrda keçiriləcək parlament seçkilərində sizləri YAP-ın namizədlərinə səs verməyə çağırıram”.
Görüşdə YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova çıxış edərək parlament seçkilərinin demokratik cəmiyyətin inkişafının göstəricisi olduğunu bildirib: “1993-cü ildən bu günə qədər keçirilən bütün seçkilər çox yüksək səviyyədə başa çatıb. Çox aydın şəkildə hiss olunur ki, hər seçkidə seçicilərin fəallığı artır”.
Görüşdə seçicilərdən Mehriban Paşayeva, Xanlar İmaməliyev və başqaları çıxış edərək belə bir fikri vurğulayıblar ki, bu gün biz seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə səs verməklə sağlam, möhkəm gələcəyimizə səs vermiş oluruq: “Çünki güzəranımızın bugünkü yüksək səviyyəyə çatması Yeni Azərbaycan Partiyasının və onun Sədri cənab Prezidentimiz İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olmuşdur. Buna görə də bütün səbailli seçicilər yalnız YAP-ın namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevi dəstəkləyəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

