Nəriman Əliyev seçicilərlə görüş keçirib
29.10.2015 [09:51]
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən Nəriman Əlibala oğlu Əliyev seçicilərlə görüşlərini davam etdirir. Belə görüşlərdən biri də Masallı rayon Çaxırlı kəndində keçirilib.
Görüşü giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq YAP-ın qələbələr partiyası olduğunu bildirib: “Bu gün partiyamız cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi tanınır və qəbul edilir. Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilib. Yeni Azərbaycan Partiyasına xalqın etimadının nəticəsi olaraq insanların görüşlərdə mütəşəkkilliklə iştirakı dövlətimizin daxili və xarici siyasətinin dəstəklənməsi deməkdir. Bu səbəbdəndir ki, YAP-ın namizədlərilə görüşlər yüksək əhval-ruhiyyədə keçirilir. Belə ki, Azərbaycanın bütün bölgələrində aparılan quruculuq işlərinə, müasirləşən infrastruktur layihələrinə diqqət yetirən hər bir azərbaycanlı belə xidmətlərinə görə dövlət başçısı, YAP-ın Sədri cənab İlham Əliyevə minnətdarlığını partiyanın namizədlərini dəstəkləməklə nümayiş etdirir. Həqiqətən, bu gün müasirlik, iqtisadi inkişaf baxımından və islahatların həcminə görə Azərbaycanla rəqabət apara biləcək ölkə yoxdur. Prezident İlham Əliyevin Sədrlik etdiyi partiyanı dəstəkləyən seçicilər bu kimi amillərə əsaslanaraq haqlı olaraq seçimlərində yanılmadıqlarını bildirirlər. Əminəm ki, Nəriman Əliyevə etimad göstərənlər bu siyasəti dəstəkləməklə YAP-la həmrəyliklərini bir daha sübut edəcəklər”.
Tədbirdə çıxış edən seçicilərdən Hacı Mirqiyas Təhməzov, Cavanşir Nəbiyev və başqaları deputatın keçən 5 il ərzindəki fəaliyyətindən razı qaldıqlarını, onun seçicilərinin etimadını layiqincə doğrultduğunu vurğulayıblar. Seçicilər 1 noyabrda da növbəti dəfə Nəriman Əliyevin namizədliyini dəstəkləyəcəklərini və ona səs verəcəklərini bildiriblər.
Deputatlığa namizəd Nəriman Əliyev ona göstərilən etimada görə YAP-ın Sədri cənab İlham Əliyevə minnətdarlığını bildirib. Natiq qeyd edib ki, YAP-ın namizədinə veriləcək hər bir səs Azərbaycanın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir: “Əminəm ki, siz seçicilər YAP-ın yeni hədəflərə doğru addımlayan namizədlərini dəstəkləyərək gələcək uğurlarımıza töhfə vermiş olacaqsınız. Hər birinizin səsi Azərbaycanın inkişafına dəstəkdir. Bu gün həyata keçirilən siyasət Azərbaycan xalqının milli maraqlarına hesablanıb və ölkənin hərtərəfli inkişafına xidmət edir. Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan Dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olub. Biz bu inkişafı öz ətrafımızda, öz həyatımızda açıq şəkildə hiss etməkdəyik. Bu uğurun, bu inkişafın davamı üçün mən sizləri bir daha YAP-ın namizədinə dəstək olmağa çağırıram”.
Sonda deputatlığa namizəd Nəriman Əliyev görüşə gələn hər bir sakinə təşəkkürünü bildirib və hər kəsi Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyərək 1 noyabr parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıb.
Görüşün sonunda kənd sakinləri ilə səmimi söhbət edən Nəriman Əliyev onların problem və təkliflərini dinləyib, suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

