“Seçkilərdə qadın namizədlərə dəstək olaq”
24.10.2015 [12:05]
YAP Qadınlar Şurasının bu layihəsi çərçivəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının qərargahında partiyanın Qadınlar Şurasının “Seçkilərdə qadın namizədlərə dəstək olaq” layihəsi çərçivəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva çıxış edərək bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının hər bir üzvü seçkilərin bütün mərhələlərində xüsusi fəallığı ilə seçilir, görülən işlərə öz töhfəsini verməyə çalışır. Onun sözlərinə görə, partiyada təmsilçilik faizi yüksək olan qadınların seçki hazırlığı, prosesə böyük töhfələr vermək istəyi diqqətdən yayınmır. “Bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz gündən-günə inkişaf edir. Hazırda ölkəmizdə parlament seçkilərinə hazırlıq prosesi gedir. Sevindirici haldır ki, bu seçkidə qadın namizədlərin sayı kifayət qədər çoxdur. Biz bu seçkilərdə öz namizədliyini irəli sürən hər bir qadın namizədi dəstəkləyirik. Mən hər kəsi bu seçkilərdə daha fəal olmağa çağırıram və inanıram ki, 1 noyabr parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifə kimi yazılacaq”, - deyə YAP Qadınlar Şurasının sədri bildirib.
N.Əliyeva qeyd edib ki, partiya tərəfindən irəli sürülən namizədlər sırasında əvvəlki seçkilərlə müqayisədə qadınlar daha çox təmsil olunurlar: “2010-cu ildə keçirilən parlament seçkilərində qadın namizədlərin sayı 19 nəfər idisə, bu gün həmin rəqəm 30-a yaxındır. Hazırda parlamentdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti qadınlarımızı çox ruhlandırır. Mehriban xanım Əliyeva qanunvericilik fəaliyyəti ilə yanaşı, müxtəlif ölkələrdə keçirdiyi möhtəşəm tədbirləri ilə Azərbaycan qadınlarının nəyə qadir olduğunu nümayiş etdirir. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib. Onun ən nüfuzlu beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla rəhbərliyi Azərbaycan qadınına qürur gətirir”.
Tədbirdə çıxış edən YAP-ın 21 saylı Nəsimi birinci Seçki Dairəsi üzrə namizədi, partiyanın Nəsimi rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı bildirib ki, namizədlərin irəli sürülməsi, qeydə alınması, təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi seçki qanunvericiliyinə tam uyğun olaraq həyata keçirilir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var: “Bu təcrübəyə əsasən deyə bilərik ki, bu gün Azərbaycan vətəndaşlarının siyasi aktivliyi, seçkilərə siyasi baxışı xeyli yüksəlib. Seçkilərin şəffaf, ədalətli keçirilməsi isə müstəqil dövlətimizin sarsılmaz iradəsinin göstəricisidir. Sevindirici haldır ki, qadınlarımız ictimai-siyasi proseslərdə fəaldırlar. Xüsusilə partiyamızı təmsil edən qadınların fəallığı yüksək qiymətə layiqdir”.
YAP-ın 25 saylı Nizami ikinci Seçki Dairəsi üzrə deputatlığa namizədi, partiyanın Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxışında ölkəmizdə uğurlu qadın siyasətinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, partiyamızda cəmiyyətdə tanınmış, nüfuzlu, ziyalı qadınlar təmsil olunurlar. S.Vəliyevanın sözlərinə görə, seçici olaraq da qadınların iştirakı qənaətbəxş səviyyədədir: “İnanırıq ki, qadınlarımız bu potensialdan yüksək səviyyədə istifadə edəcək və noyabrın 1-də partiyamızın namizədlərinə səs verəcəklər”.
Tədbirdə həmçinin ilk dəfə səs verəcək seçicilər də çıxış edərək seçkilərin tam demokratik və şəffaf keçiriləcəyini və hər kəsin seçkilərdə fəal iştirak edəcəyinə inandıqlarını bildiriblər. Eyni zamanda, onlar bu seçkilərdə qadınların daha çox yer almasını tədqirəlayiq hal kimi qiymətləndiriblər.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

