/ / YAP-ın deputatlığa namizədi, partiyanın İcra katibinin müavini Siyavuş Novruzovun Babək rayonunun Sirab, Qahab, Vayxır, Xal-Xal və Cəhri kəndlərində seçicilərlə görüşü keçirilib
YAP-ın deputatlığa namizədi, partiyanın İcra katibinin müavini Siyavuş Novruzovun Babək rayonunun Sirab, Qahab, Vayxır, Xal-Xal və Cəhri kəndlərində seçicilərlə görüşü keçirilib
22.10.2015 [10:44]
Siyavuş Novruzov: Biz inamla yeni hədəflərə doğru getməkdə qərarlıyıq
Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən namizədi, YAP İcra katibinin müavini Siyavuş Dünyamalı oğlu Novruzovun dünən Babək rayonunun Sirab, Qahab, Vayxır, Xal-Xal və Cəhri kəndlərində seçicilərlə görüşü keçirilib. Görüşlərdə çıxış edən YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov partiyanın namizədini seçicilərə təqdim edərək bildirib ki, Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası tərəfindən artıq 3-cü dəfədir ki, 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən deputatlığa namizəd irəli sürülür və seçiciləri onu yaxşı tanıyırlar. İ.Məmmədov seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi Siyavuş Novruzova səs verməyə çağırıb.
Çıxış edən seçicilər bildirib ki, Siyavuş Novruzov Azərbaycan parlamentinin ən təcrübəli üzvlərindən biridir, Milli Məclisin İntizam komissiyasının sədri kimi uğurla fəaliyyət göstərir. “O həm də qanunvericilik sahəsində təcrübəli mütəxəssis kimi uğurlu fəaliyyət göstərir, Siyavuş Novruzovun ölkəmizin ictimai-siyasi həyatında və parlamentdəki fəaliyyəti dövlət rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilir”, - deyə çıxışlarda vurğulanıb.
Deputatlığa namizəd, YAP İcra katibinin müavini Siyavuş Novruzov seçicilər qarşısında çıxış edərək partiyanın fəaliyyəti, dövlətimiz və xalqımız qarşısında xidmətləri haqqında fikirlərini bildirib. O, 20 ildən artıqdır Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq siyasətindən danışıb, bu siyasətin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının tarixi xidmətlərindən bəhs edib. Siyavuş Novruzov parlamentdə təmsil olunan YAP nümayəndələrinin xalqa və dövlətə ləyaqətlə xidmət etdiklərini bildirib.
“Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə yeniliklərlə gedir. Partiyamız yarandığı vaxtdan qarşıya hədəf olaraq Azərbaycanı inkişaf etmiş, güclü dövlətə çevirmək məqsədi qoyub. Artıq hakimiyyətdə olan partiya kimi bu istiqamətdə çox böyük nəticələr əldə etmişik. Amma qarşıda hələ də böyük vəzifələr, hədəflərimiz var. Ona görə də seçki şüarımız “Yeni hədəflərə doğru!” adlanır və biz inamla yeni hədəflərə doğru getməkdə qərarlıyıq”, - deyən YAP İcra katibinin müavini əmin olduğunu bildirib ki, bu dəfə də xalqımız Yeni Azərbaycan Partiyasının qələbə qazanması üçün öz dəstəyini əsirgəməyəcək.
Sonda deputatlığa namizəd Siyavuş Novruzov seçiciləri maraqlandıran çoxsaylı suallara ətraflı cavab verib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

