YAP qarşıya qoyduğu yeni hədəflərə çatacaq
19.10.2015 [10:13]
Yeni Azərbaycan Partiyasının 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlunun Nərimanov rayonunun seçiciləri ilə növbəti görüşü keçirilib
Hikmət Babaoğlu: Yeni Azərbaycan Partiyasının namizədlərinin arxasında nəhəng siyasi güc və 700 minə yaxın insanın siyasi iradəsi dayanıb
Noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Nərimanov rayonunun seçiciləri ilə növbəti görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın bu seçkilərdə də qələbə qazanacağına əmin olduğunu bildirib. T.Tağıyev vurğulayıb ki, partiyamız parlament seçkilərinə böyük inamla gedir. O, 19 saylı Nərimanov birinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu olduğunu bildirib. Rayon təşkilatının sədri YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti haqqında geniş məlumat verib.
Görüşdə çıxış edən Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, YAP Nərimanov rayon təşkilatının Seçki Qərargahının üzvü Miri Həsənov seçicilərin hər zaman YAP-ın namizədini dəstəklədiyini bildirib. Bu rayonun bundan öncəki deputatının YAP-ın İcra katibi Əli Əhmədov olduğunu deyən M.Həsənov onun rayonun inkişafı yönündə böyük işlər gördüyünü bildirib. Onun fikrincə, hazırkı deputatlığa namizəd Hikmət Babaoğlu da bu işləri davam etdirməyə qadirdir: “Ona görə də hər birinizi seçkilərdə fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıram”.
Nərimanov rayon Ağsaqqallar Şurasının sədr müavini Ənvər Mehdiyev seçkilərdə YAP-ın namizədi Hikmət Babaoğluna uğurlar arzulayıb. Özünün də deputatlığa namizəd olduğunu deyən Ə.Mehdiyev məhz YAP-ın namizədinin xeyrinə öz namizədliyini geri götürdüyünü bildirib.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini, Seçki Qərargahının üzvü Vaqif Novruzov da seçiciləri partiyanın namizədi Hikmət Babaoğluna səs verməyə çağırıb. “Seçkilərdə Hikmət müəllimə uğurlar arzulayıram. Əminəm ki, seçicilər YAP-ın namizədinə etimad göstərəcəklər. Hikmət Babaoğlunun elmi-siyasi potensialı yüksəkdir və bu potensialdan parlamentdə istifadə edəcəyinə əminik”, - deyə V.Novruzov vurğulayıb.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı isə çıxışında bildirib ki, YAP parlament seçkilərində nüfuzlu, ziyalı, cəmiyyətdə böyük hörmət sahibi olan şəxslərin namizədliyini irəli sürüb: “Hikmət Babaoğlu da məhz belə insanlardandır. İnanırıq ki, o millət vəkili seçilərsə, rayonumuzu layiqincə parlamentdə təmsil edəcək”.
Görüşdə çıxış edən şairə Mərcan Şahbuzlu da YAP-ın namizədi Hikmət Babaoğluna parlament seçkilərində uğurlar arzulayıb.
Çıxış edən seçici Fikrət Vəliyev bildirib ki, YAP-ın cəmiyyətdə nüfuzu olduqca yüksəkdir. Onun sözlərinə görə Nərimanov rayonunun sakinləri partiyanın namizədinə səs verəcəklər: “Çünki biz deputatlığa namizədin nə qədər ziyalı insan olduğunu görürük. Əmin ola bilərsiniz ki, bizim məhəllənin sakinləri 1 noyabrda deputatlığa namizəd Hikmət Babaoğluna səs verəcəklər”.
19 saylı Nərimanov birinci Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hikmət Babaoğlu seçiciləri salamlayaraq görüşə gəldikləri üçün təşəkkür edib. O, öncə görüş iştirakçılarını 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib: “Müstəqilliymizin ilk illərində Ulu öndər Heydər Əliyev deyirdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bundan da çətindir. Bu gün biz qürurla deyə bilərik ki, müstəqilliyimiz möhkəm təməllər üzərində qurulub. Prezidentimiz İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz müstəqilliyini təmin edib”.
Məhz Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın üzvü olaraq seçkilərdə namizəd kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən Hikmət Babaoğlu deyib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. Onun sözlərinə görə, bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam edəcək: “Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin arxasında nəhəng siyasi güc və 700 minə yaxın insanın siyasi iradəsi dayanıb”.
YAP-ın seçkilərə “Yeni hədəflərə doğru!” şüarı ilə getdiyini deyən deputatlığa namizəd partiyamızın və dövlətimizin bu hədəflərə nail olacağına əminliyini ifadə edib.
Görüşün sonunda seçicilər öz istək və arzularını, təkliflərini səsləndiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

