Nəriman Əliyev seçicilərlə növbəti görüşünü keçirib
17.10.2015 [13:30]
Masallı sakinləri YAP-ın namizədinə dəstək olacaqlarını bildiriblər
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əliyev Nəriman Əlibala oğlunun rayonun Yeddioymaq kəndində seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çoxsaylı uğurların əldə olunduğunu bildirib. Bu uğurun, inkişafın bütün sferalarda hiss olunduğunu qeyd edən natiq keçən zaman kəsiyində ümumdaxili məhsulun, sənaye və kənd təsərrüfatı, orta aylıq əmək haqqının, pensiyaların, sosial müavinətlərin artdığını, yoxsulluq səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldığını vurğulayıb. S.Əliyev Yeddioymaq kəndinin seçicilərinə müraciət edərək bu uğurların davamlı və uzunmüddətli olması üçün hər kəsi YAP-ın ətrafında sıx birləşməyə və onun namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Masallı rayon “Ziyalılar” cəmiyyətinin sədri Qardaş Fətullayev ölkəmizin inkişafında YAP-ın müstəsna xidmətlərindən söz açıb.
Yeddioymaq kənd sakini, müəllim Eyvaz Məcidov özünün və kənd sakinlərinin YAP-ın namizədi olan Nəriman Əliyevə səs verəcəklərini deyib.
Görüşdə çıxış edən deputatlığa namizəd Nəriman Əliyev rayonda görülmüş bir çox işlər barədə seçicilərə məlumat verib. N.Əliyev bildirib ki, Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi Masallı rayonunda da genişmiqyaslı işlər görülüb: “Şübhəsiz ki, bütün bunlar Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu və düzgün siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Mən sizləri bundan sonra da bu amallar uğrunda dövlətə, xalqa xidmət edən YAP-ın namizədlərinə səs verməyə çağırıram”.
Nəriman Əliyev xüsusi olaraq vurğulayıb ki, seçicilərin etimadını qazanaraq yenidən millət vəkili seçiləcəyi təqdirdə onların bütün problemlərinin həllinə, təkliflərinin reallaşmasına daha çox səy göstərəcək.
Xəbər lenti
Hamısına baxGündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53

