Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Ankarada Türkiyənin Baş naziri ilə görüşüb
15.09.2015 [10:04]
Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Ankaradakı “Arena” İdman Kompleksində Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) V qurultayı keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə YAP nümayəndə heyəti də qurultayda iştirak edib. Nümayəndə heyətində YAP Səbail rayon təşkilatının, eləcə də Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı da yer alıblar.
Nümayəndə heyətinin səfəri Ankaradakı Heydər Əliyev Parkının ziyarət olunması ilə başlanıb. Deputatlar Ulu öndərimizin parkdakı abidəsi önünə əklil qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini, AKP-nin parlament qrupunun rəhbəri Naci Bostancı ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin əhəmiyyətinə dair səmərəli fikir mübadiləsi aparılıb.
Bahar Muradova AZƏRTAC-a müsahibəsində nümayəndə heyətinin qurultay çərçivəsində Baş nazir, Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu ilə görüşündən bəhs edərək deyib: “Biz AKP-nin sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə Baş naziri təbrik etdik. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə hökumətinin başçısına çatdırdıq. Əhməd Davudoğlu da öz növbəsində səmimi salamlarının partiyamızın Sədri, Prezident İlham Əliyevə çatdırılmasını xahiş etdi”.
Bahar Muradova bildirib ki, Əhməd Davudoğlu ilə söhbətdə son aylar Türkiyədə baş verən terror hadisələrində şəhid olanlara görə qardaş Türkiyə xalqına başsağlığı verən deputatlarımız yaralılara Allahdan şəfa diləyiblər. Nümayəndə heyətinin üzvləri bildiriblər ki, bu qanlı hadisələri narahatlıqla izləyən Azərbaycan xalqı hər zaman olduğu kimi, bundan sonra da Türkiyənin yanındadır.
Ə.Davudoğlu YAP nümayəndə heyətinə AKP-nin qurultayında iştirak etdiyinə görə səmimi minnətdarlığını bildirib, Azərbaycan xalqına xoş arzularını ifadə edib.
Xatırladaq ki, AKP-nin V qurultayında təşkilati məsələlərə baxılıb və Baş nazir Əhməd Davudoğlu səsvermə yolu ilə yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

