YAP Nərimanov rayon təşkilatında fəal gənclərlə görüş keçirilib
29.08.2015 [11:05]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında cari ilin noyabr ayında Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bir qrup fəal gənclə görüş keçirilib. Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu qeyd edib. O, eyni zamanda, qarşıdan gələn parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürüləcək şəxslərin təbliğat-təşviqat kampaniyasının uğurla həyata keçirilməsində gənclərin yaxından iştirak edəcəklərinə, həmçinin, gənclərin məhz YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəkləyəcəklərinə əminliyini vurğulayıb. T.Tağıyev, bununla yanaşı, gənclərin, xüsusilə 18 yaşına çatmış ilk dəfə səs verəcək gəncləri seçkidə iştiraka səsləyəcək sosial layihələrin həyata keçirilməsində də təşkilatın fəal gənclərini aktiv iştirak etməyə səsləyib.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək, bütün seçkilərdə namizədlər sırasında ölkənin və partiyanın ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin yer almalarının Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticəsi olduğunu qeyd edib. O, həmçinin, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən gənclər ordusunun bu seçkilərdə də yüksək fəallıq göstərərək etimadı doğruldacaqlarını, YAP-ın namizədlərinin qələbə qazanacaqlarından əmin olduğunu deyib.
Daha sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticələrindən, dövlət gənclər siyasətindən geniş bəhs edib. Həmçinin, N.Novruzov, ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də YAP namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə hər bir gəncin aktiv iştirak edəcəyinə əminliyini qeyd edib.
YAP Nərimanov rayon təşkilatının fəal gənclərindən olan İlahə Sadıqova, Aytən Məmmədova və Mehti Namazov da çıxış edərək bildiriblər ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. “YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması üçün mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın və gənclərin partiyamızı bu seçkilərdə də dəstəkləyəcəyinə təminat verir. Biz gənclər də hər zaman olduğu kimi, təbliğat-təşviqat kampaniyası çərçivəsində əlimizdən gələni əsirgəməyəcəyik. Bu eyni zamanda, biz gənclər üçün böyük təcrübə rolunu da oynayacaq”, - deyə gənclər vurğulayıblar.
Sonda rayon təşkilatının sədri T.Tağıyev Milli Məclisə keçiriləcək seçkilərdə Nərimanov rayon sakinləri ilə yanaşı, gənclərin də YAP-ın irəli sürəcəyi namizədlərə səs verəcəyinə, eyni zamanda, partiyamızın namizədlərinin dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə öz üzərlərinə düşən vəzifələrin öhdəsindən gələcəklərinə şübhə etmədiyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

