YAP Naftalan şəhər təşkilatının Seçki Qərargahının iclası keçirilib
28.08.2015 [10:03]
Hatəm Qocayev: Partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar YAP Naftalan şəhər təşkilatında da tam məsuliyyətlə yerinə yetirilməkdədir
“Məlum olduğu kimi, noyabrda ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Və bu vaxta kimi müstəqil Azərbaycanda keçirilmiş bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası (YAP) növbəti parlament seçkilərini də qələbə ilə başa vurmaq əzmindədir.
Onu da qeyd edim ki, seçkilərlə bağlı partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar YAP Naftalan şəhər təşkilatında da tam məsuliyyətlə yerinə yetirilməkdədir”. Bunu YAP Naftalan şəhər təşkilatının və şəhər təşkilatının Seçki Qərargahının sədri Hatəm Qocayev deyib.
Məhz buna uyğun olaraq Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının doqquz nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Eyni zamanda, YAP Naftalan şəhər təşkilatının Seçki Qərargahının növbəti iclası keçirilib. İclasda çıxış edən YAP-ın Naftalan şəhər təşkilatının və şəhər təşkilatının Seçki Qərargahının sədri Hatəm Qocayev öncə ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı geniş məlumat verib. O, həmçinin, “inanırıq ki, bu günə kimi keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası növbəti parlament seçkilərində də inamlı qələbə qazanacaq. Həmişə olduğu kimi, Yeni Azərbaycan Partiyası bu seçkilərə də yüksək səviyyədə hazırlaşır. Partiyanın yerli təşkilatlarının bu sahədə yüksək təcrübələri var”, - deyib.
Hatəm Qocayev bildirib ki, artıq YAP Naftalan şəhər təşkilatının Seçki Qərargahının üzvləri arasında iş bölgüsü aparılıb və sonrakı mərhələlərdə fəaliyyətlə bağlı tədbirlər planı hazırlanıb, seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olan şəxslər müəyyənləşdirilib: “Ötən seçkilərin təcrübəsindən deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də şəhər təşkilatı fəallarının işi və kordinasiyasının uğurlu təşkilidir. YAP Naftalan şəhər təşkilatının Seçki Qərargahı bu məsələni daim diqqətdə saxlayır və fəallar mütəmadi olaraq toplaşırlar. Bu toplantılar zamanı hər bir qərargah üzvü gördüyü işlər haqqında məlumat verir”.
Hatəm Qocayevin sözlərinə görə, Naftalan şəhəri ərazisində 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi üzrə 5 seçki məntəqəsi yerləşir. Naftalan şəhəri üzrə 5491 seçici qeydiyyatdadır: “Əminik ki, Naftalan seçiciləri həmişə olduğu kimi, bu dəfə də yüksək fəallıq göstərəcəklər. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı əsaslı şəkildə yüksəlib, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu durmadan artıb. Bütün bu nailiyyətlər hər bir azərbaycanlıda qürur hissi doğurur. Ona görə də xalqımızın qarşıdan gələn parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyi heç kəsdə şübhə doğurmur”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

