YAP Ağcabədi rayon təşkilatı parlament seçkilərinə mütəşəkkil şəkildə hazırlaşır
25.08.2015 [10:13]
Rayon təşkilatının 17 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb
“Yeni Azərbaycan Partiyasının (YAP) bütün şəhər və rayon təşkilatlarında olduğu kimi, partiyanın Ağcabədi rayon təşkilatı da parlament seçkilərinə mütəşəkkil şəkildə hazırlaşır. Seçkilərə hazırlıqla bağlı bütün işləri YAP Ağcabədi rayon təşkilatının 17 nəfərdən ibarət Seçki Qərargahı koordinasiya edir”. Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında YAP Ağcabədi rayon təşkilatının, həmçinin, rayon təşkilatının Seçki Qərargahının sədri Rövşən Əhmədov deyib.
Onu da qeyd edək ki, bu günlərdə YAP Ağcabədi rayon təşkilatının Seçki Qərargahının toplantısı keçirilib. Toplantıda çıxış edən Rövşən Əhmədov deyib ki, rayon təşkilatının Seçki Qərargahı öz işini partiyanın İcra Katibliyi tərəfindən tərtib olunmuş plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun olaraq uğurla davam etdirir: “Parlament seçkilərinə hazırlıqla bağlı hazırlanmış plana müvafiq olaraq bir sıra addımlar atılıb. Belə ki, ilk olaraq Seçki Qərargahının nəzdində fəaliyyət göstərəcək 35 nəfərdən ibarət təşviqat qrupu yaradılıb. Eyni zamanda, hər birində 10 nəfər olmaqla hər 2 Seçki Dairəsi üzrə 20 nəfər imza toplayan YAP fəalı, seçki dairələrində və seçki məntəqəsində müşahidə aparmaq üçün hər birində 5 nəfər olmaqla 375 nəfər müşahidəçi, 75 nəfər məşvərətçi səs hüquqlu üzv müəyyən edilib. Bundan başqa, rayon ərazisində yaşayan bütün seçicilərin siyahısı ilkin variantda dəqiqləşdirilib və bu proses mütəmadi olaraq davam etdirilir”.
“Uğurlu fəaliyyət YAP-ın bu seçkilərdə də qələbəsini təmin edəcək”, - deyən rayon təşkilatının sədri onu da əlavə edib ki, hazırda YAP Ağcabədi rayon təşkilatı 98 ilk təşkilat ətrafında 12025 nəfər YAP üzvünü birləşdirir. Onlardan 5534 nəfərini qadınlar, 4734 nəfərini isə gənclər təşkil edir. Onun sözlərinə görə, Ağcabədi rayonu ərazisində 2 Seçki Dairəsi - 82 saylı Ağcabədi və 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi fəaliyyət göstərir: “82 saylı Ağcabədi Seçki Dairəsi üzrə 46 seçki məntəqəsində 44637 nəfər, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi üzrə Ağcabədi rayon ərazisində 27 məntəqə isə 20602 nəfər seçici olmaqla, cəmi 73 məntəqədə 65239 nəfər seçici var”.
Toplantıda çıxış edən Seçki Qərargahının üzvü Malik Mirzəyev hazırlıq prosesi ərəfəsində vacib olan bir sıra addımların atıldığını və bu istiqamətdə işlərin davam etdiyini bildirib. O, həmçinin, “YAP üzvləri bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də xüsusi fəallıq göstərəcəklər”, - deyib.
Seçki Qərargahının digər bir üzvü, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Quliyev isə partiyanın hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Onun sözlərinə görə, gənclər bu dəfə də onlara göstərilən etimadı doğrultmaq üçün var gücləri ilə çalışacaqlar.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37

