YAP Mingəçevir şəhər təşkilatının Seçki Qərargahı uğurla fəaliyyətə başlayıb
19.08.2015 [09:55]
Qərargahda seçki kampaniyasını həyata keçirmək üçün bütün imkanlar mövcuddur
Yeni Azərbaycan Partiyası (YAP) bütün seçkilərdə olduğu kimi, noyabrın 1-də ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərinə də ciddi şəkildə hazırlaşır. Partiyanın tədbirlər planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyaya səfərbər edilib. Bu məqsədlə yerli təşkilatlarda fəal seçki qərargahları yaradılıb. YAP-ın Mingəçevir şəhər təşkilatında da 18 nəfərdən ibarət Seçki Qərargahı fəaliyyət göstərir.
Təşkilatın sədri Cavanşir Yusubov bildirib ki, qərargahın işinə partiya fəalları və seçki təcrübəsi olan YAP üzvləri cəlb olunublar: “Partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq işimizi qurmuşuq. Artıq seçki məntəqələri üzrə məşvərətçi və müşahidəçilərin siyahıları bir daha dəqiqləşdirilərək hazırlanıb. Həmçinin, Yeni Azərbaycan Partiyasının namizədinin xeyrinə imza toplayanların siyahısı hazırlanıb. Bundan əlavə, seçicilərin siyahısı da daima dəqiqləşdirilir. Bununla yanaşı, seçki məntəqələri üzrə partiya üzvlərinin siyahısı da hazırdır”.
Mingəçevirdə əhalinin sayının 100 mindən çox olduğunu diqqətə çatdıran C.Yusubov seçicilərin iki - 47 saylı Mingəçevir və 49 saylı Yevlax-Mingəçevir seçki dairələrində səs verəcəyini qeyd edib. Mingəçevir şəhəri üzrə seçicilərin sayı 49267 nəfərdir. Onun sözlərinə görə, 47 saylı seçki dairəsi üzrə məntəqələrin sayı 30, seçicilərin sayı isə 37 min 207 nəfərdir. 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsinin isə Mingəçevir şəhəri üzrə məntəqələrinin sayı 12, seçicilərin sayı 12 min 60 nəfərdir. Təşkilat sədri deyib ki, Mingəçevir şəhərində 14 seçki məntəqəsində - 12 veb kamera 47 saylı Mingəçevir seçki dairəsinin, 2 veb kamera isə 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin seçki məntəqələrində quraşdırılıb.
Seçki Qərargahının üzvlərindən Nurcamal Məmmədova bildirib ki, parlament seçkilərinə hazırlıq böyük məsuliyyət tələb edir: “Biz də bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq”.
Qərargahın digər üzvü Bəxtiyar Mustafayev də parlament seçkilərinin əhəmiyyətini vurğulayıb: “Bu seçkilərə nəinki ölkəmizdə, eləcə də, dünyada böyük maraq var. Yüzlərlə əcnəbi müşahidəçi ölkəmizdə seçki prosesini izləyir. Bu seçkiləri yüksək səviyyədə keçirməklə Azərbaycanın demokratik ölkə olduğunu bir daha dünyaya nümayiş etdirəcəyik”.
Xatırladaq ki, YAP Mingəçevir şəhər təşkilatı Seçki Qərargahı seçki ilə bağlı bütün maddi-texniki təchizatla təmin olunub. Bir sözlə, qərargahda seçki kampaniyasını uğurla həyata keçirmək üçün bütün imkanlar mövcuddur.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

