YAP Salyan rayon təşkilatının yaranmasının 22-ci ildönümü qeyd edilib
22.07.2015 [09:41]
Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının yaranmasının 22-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov rayon təşkilatının yaranmasının 22-ci ildönümü ilə bağlı məruzə ilə çıxış edib. O, bildirib ki, 1992-ci il noyabrın 21-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda YAP-ın yaranması Azərbaycan dövlətinin xilası üçün nicat yoluna çevrildi: “Xalqımız əmin idi ki, görkəmli dövlət xadiminin yaratdığı partiya tezliklə iqtidar partiyasına çevriləcək və Azərbaycan dövlətini bütün bəlalardan qoruyaraq inkişaf və tərəqqiyə çıxaracaq. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ümummilli liderimiz Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdilər”.
Qeyd olunub ki, YAP təsis edildikdən sonra bölgələrdə, o cümlədən, Salyanda da partiyanın ilk özəkləri formalaşıb və 1993-cü il iyulun 17-də partiyanın rayon təşkilatı yaradılıb.
Çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov bildirib ki, Ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda siyasi sabitliyi bərqərar etdi. Yaranan siyasi sabitlik isə Azərbaycan dövlətinin iqtisadi inkişafının əsas dəstəkçisinə çevrildi: “Sonrakı dövrdə Ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi sabitliyin bərqərar olmasına nail oldu. Milli Konstitusiyamızın qəbulu isə ölkədə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. İmzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının, qüdrətli gələcəyinin qarantına çevrildi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixində 10 il ərzində 50 ildən artıq bir dövrün işini gördü, dövlətimizi gücləndirdi, tanıtdı. Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyev bu gün milli maraqlarımızın qorunması, ölkəmizin daha da güclənməsi üçün çalışır. Bütün Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti ölkəmizi daha böyük qələbələrə aparacaq”.
Tədbirin sonunda partiyanın bir qrup fəalına YAP rayon təşkilatının fəxri fərmanı təqdim olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49

