“Milli dövlətçilik təfəkkürünün başlanğıcı”
14.07.2015 [09:55]
Qaradağda Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 46-cı ildönümü münasibətilə tədbir keçirilib
Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 46-cı ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli dövlətçilik təfəkkürünün başlanğıcı” mövzusunda “dəyirmi masa” keçirilib. Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli liderin abidəsi önünə gül dəstələri düzüblər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov bildirib ki, Ulu öndərin 1969-cu il 14 iyulda Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi. Onun sözlərinə görə, həmin dövrdə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyətini, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi uğurları qiymətləndirmək üçün öncə Ulu öndərin Azərbaycana rəhbərliyə gəlişinə qədərki vəziyyətə nəzər salmaq lazımdır.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin kafedra müdiri İradə Hüseynova vurğulayıb ki, 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu: “Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı”.
YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov isə bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün dünyada tanıdıb: “Ulu öndər Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişaf proqramını hazırlamışdır və bu gün də ölkəmiz həmin proqrama əsasən inkişaf edir”.
A.Hüseynov qeyd edib ki, bu gün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir və bu siyasi kursa əsasən ölkəmiz sürətlə inkişaf edir.
Tədbirdə həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi məsələlər üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov, Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Hidayət Cəfərov və digərləri çıxış edərək Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun öz başlanğıcını məhz 1969-cu ildən - Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə götürdüyünü bildiriblər. Qeyd olunub ki, Ümummilli liderin təməlini qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

