YAP Nərimanov rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib
12.06.2015 [09:27]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib. Gənc fəalların iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq bildirib ki, qədirbilən xalqımız birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb edib. “1993-cü ilin iyununda ölkədə böhran ən acınacaqlı həddə çatmışdı. Bu anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxıb. Bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu öndər Heydər Əliyev belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıdıb, uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən xilas edib”, - deyə təşkilat sədri qeyd edib. T.Tağıyev Azərbaycanın bugünkü inkişafının əsasının məhz Qurtuluşdan başlandığını vurğulayıb. Onun sözlərinə görə, ilk Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi də Azərbaycanın nüfuzunun göstəricisidir.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək bildirib ki, həmin vaxt hamı anlayırdı ki, belə gərgin vəziyyəti yalnız Ulu öndər Heydər Əliyev aradan qaldıra bilər: “Məhz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra problemləri həll edərək Azərbaycanı inkişaf yoluna çıxardı. Bizim də vəzifəmiz müstəqil dövlətimizi qorumaq və daha da inkişaf etdirməkdir”.
Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyən Y.Babanlı qeyd edib ki, ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin inkişafının zirvələrindən biridir.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü Mehti Namazov deyib ki, 1991-ci ildə Azərbaycan xalqı Sovet imperiyasından rəsmən azad olsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşıb.
YAP Nərimanov rayon təşkilatının əməkdaşı Nərminə Yunusova isə çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkədə qardaş qırğınının qarşısı alındı, mövcud problemlərin aradan qaldırılması istiqamətində vacib addımlar atılmağa başlanıldı. Onun sözlərinə görə, bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparır.
Tədbirdə, həmçinin, gənc fəallar Vüsal Əliyev, Aytən Məmmədova və Fidan Məmmədova çıxış ediblər. Qeyd edilib ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtmaqla Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Bu inkişaf siyasəti, respublikamızda bütün sahələri əhatə edən inkişaf dinamikası, beynəlxalq arenada əldə olunan yüksək nailiyyətlər hazırda Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

