Pirallahı rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə minifutbol yarışı keçirilib
04.06.2015 [09:14]
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının tədbirlər planına uyğun olaraq 15 İyun - Milli Qurtuluş Günü münasibətilə rayonda müxtəlif tədbirlər və idman yarışları keçirilir. Bu istiqamətdə rayon gənclərindən təşkil olunmuş komandalar arasında minifutbol üzrə rayon birinciliyi keçirilib.
Kubok uğrunda yarışda rayonun müxtəlif idarə, təşkilat və müəssisələrində çalışan, eyni zamanda, rayonun qəsəbələrində yaşayan gənclərdən təşkil olunmuş 12 komanda mübarizə aparıb. 186 nömrəli tam orta məktəbin stadionunda təcrübəli hakimlər tərəfindən idarə edilən çempionatda komandalar 4 qrupda mübarizə aparıb. Hər qrupda birinci və ikinci yerləri tutan kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanıb. Final qarşılaşması isə iyunun 2-də “İnter” komandası ilə “Dostlar” kollektivi arasında olub. Gərgin və qarşılıqlı mübarizə şəraitində keçən oyunda “İnter” rəqibini üstələyərək çempionatın kubokuna yiyələnib. II yeri “Dostlar”, III yeri isə “İslam” komandası tutub.
Tədbir çərçivəsində final fitindən sonra YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov qonaqları salamlayaraq çempionatda iştirak edən bütün gənclərə şəxsi və iş həyatında uğurlar arzulayıb. İdmanın inkişafından geniş söhbət açan M.Manafov bildirib ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb. Bu inkişafın təməlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin dayandığını vurğulayan Manaf Manafov deyib: “Hər kəsə yaxşı məlumdur ki, məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük canlanma və sürətli inkişaf başlandı. Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı Ümummilli lider Heydər Əliyevin daim diqqətdə saxladığı məsələlərdən idi. Ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görüldü. Ulu öndərin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti nəticəsində bu sahənin inkişafında yeni mərhələ başlandı. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər. İlk Avropa Oyunları da Azərbaycanda idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir”.
Tədbirdə YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Babayev də çıxış edərək komandalara uğurlar arzulayıb. O, öz çıxışında idmanın inkişafından danışaraq qeyd edib ki, ölkəmizdə müxtəlif beynəlxalq turnirlər təşkil olunur və bu idman yarışları Azərbaycanın dünyada daha geniş tanınmasına, pozitiv imicini gücləndirməsinə imkan verir.
Çıxışlardan sonra finalçılara YAP Pirallahı rayon təşkilatı tərəfindən fəxri fərmanlar, kuboklar və qiymətli hədiyyələr verilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

