/ / YAP-ın Partiyadaxili inkişaf və intizam və Mərkəzi Nəzarət-Təftiş komissiyalarının birgə iclası keçirilib
YAP-ın Partiyadaxili inkişaf və intizam və Mərkəzi Nəzarət-Təftiş komissiyalarının birgə iclası keçirilib
03.06.2015 [09:28]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında YAP-ın Partiyadaxili inkişaf və intizam və Mərkəzi Nəzarət-Təftiş komissiyalarının birgə iclası keçirilib. İclasda partiyadaxili intizam qaydalarının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları, növləri, intizam tənbehinin verilmə qaydaları haqqında məlumat verilib.
Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov iclası açaraq deyib ki, partiyadaxili intizam qaydalarının pozulmasına görə intizam tədbirlərinin tətbiqinin əsasları barədə hazırladığımız material proqram xarakterli yığcam sənəddir: “Praktikada indiyə qədər belə bir sənəd olmayıb. Bu sənədin hazırlanmasında əsas baza materialı kimi YAP-ın Nizamnaməsindən və Əmək Məcəlləsindən istifadə edilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək və icra intizamına aid müddəalar, partiyamızın nizamnaməsində isə intizam tədbirləri sırasında ancaq üzvlükdən azad edilmə qaydası öz əksini tapıb”.
K.Kərimov əlavə edib ki, komissiyalar intizam tənbehinin verilməsi şərtlərini partiya nizamnaməsinin tələblərinə uyğun olaraq, demokratik ruhda genişləndiriblər: “Bu sahədə xüsusilə Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədovun dəyərli təklifləri, tövsiyələri nəzərə alınıb”.
“Biz Partiyadaxili inkişaf və intizam və Mərkəzi Nəzarət-Təftiş komissiyaları olaraq, həm də siyasi maarifləndirmə prinsipini həyata keçirərək Proqramda partiya üzvlərinin davranış qaydaları, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların milli-əxlaqi keyfiyyətləri, milli mentalitetimizə əməl edilməsi, onun qorunması məsələlərini əhatə edən digər normativ hüquqi aktlardan, o cümlədən partiyanın qurultaylarının yekun sənədlərindən, Ümummilli liderimiz Heydər Əliyevin və partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin çıxışlarından, müvafiq tövsiyələrindən istifadə etmişik. İşlədiyimiz mövzu hər iki komissiyanın fəaliyyətinin ana xəttini təşkil edir”, - deyə K.Kərimov bildirib.
YAP Mərkəzi Nəzarət-Təftiş komissiyasının sədri Məhəmməd Məmmədov isə qeyd edib ki, bu komissiya partiyanın bütün orqanlarının və onun Aparatının fəaliyyətinə nəzarət-təftiş funksiyasını həyata keçirir: “Komissiya YAP-ın Nizamnaməsini və Siyasi Şura tərəfindən təsdiq edilmiş Əsasnaməni rəhbər tutur, öz fəaliyyətində müstəqildir və YAP-ın Qurultayına hesabat verir. Bununla belə, Mərkəzi Nəzarət-Təftiş Komissiyası partiyadaxili nizam-intizam məsələlərinə nəzarət edən kollegial orqan olmaqla öz işini aşkarlıq prinsipi və partiyanın digər orqanları və Partiyadaxili inkişaf və intizam komissiyası ilə qarşılıqlı əlaqələr əsasında qurur. Bu iki komissiyanın fəaliyyət prinsipləri bir-birinə yaxındır. Partiyada komissiyaların sayı kifayət qədərdir. Lakin bu iki komissiyanın əsasnaməsində partiyadaxili intizam məsələləri xüsusi yer tutur”.
Daha sonra YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digərləri çıxış edərək təkliflərini veriblər.
Qeyd edək ki, Partiyadaxili intizam qaydaları və intizam tənbehinin tətbiq edilməsinin şərtləri YAP-ın Nizamnaməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər müvafiq normativ hüquqi aktlara əsasən müəyyən edilir.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

