/ / Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyəti YAP Gənclər Birliyinin ofisində görüş keçirib
Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyəti YAP Gənclər Birliyinin ofisində görüş keçirib
06.05.2015 [10:11]
Dünən Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz nazir xanım Yadranka Yoksimoviçin başçılıq etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində olub.
Qonaqları salamlayan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Azərbaycanla Serbiya arasında yüksək siyasi və iqtisadi əlaqələrin qurulduğunu bildirib. O qeyd edib ki, münasibətlərin inkişafında hər iki ölkənin rəhbərliyinin qarşılıqlı səfərləri, imzalanan sənədlər vacib rol oynayır. İki dövlət arasında 25-ə qədər sənədin imzalandığını xatırladan S.Orucov bu amilin əməkdaşlıq üçün güclü hüquqi baza olduğunu vurğulayıb.
YAP-ın sıralarında 250 mindən çox gəncin birləşdiyini deyən təşkilat sədri partiyanın Gənclər Birliyinin fəaliyyəti haqqında geniş məlumat verib. S.Orucov YAP Gənclər Birliyinin geniş beynəlxalq əlaqələrə malik olduğunu bildirib və Serbiya Tərəqqipərvər Partiyasının gəncləri ilə əməkdaşlığa maraqlı olduqlarını diqqətə çatdırıb. “Biz hər il “Yay məktəbi” layihəsi həyata keçiririk. Bu layihələrdə siyasi təlimlərdən başlamış gənclərin asudə vaxtlarının təşkil olunmasına qədər tədbirlər həyata keçirilir. İstərdik ki, Serbiya Tərəqqipərvər Partiyasının gəncləri də bizim bu layihələrdə iştirak etsinlər”, - deyən S.Orucov Serbiya Tərəqqipərvər Partiyasının gənclərini ölkəmizə dəvət etmək niyyətini açıqlayıb.
Serbiya Tərəqqipərvər Partiyasının Beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz nazir Yadranka Yoksimoviç Azərbaycana səfər etməsindən şərəf duyduğunu bildirib. YAP Gənclər Birliyinin ofisində olmaqdan da məmnunluğunu ifadə edən qonaq partiyalar arasında əlaqələrin inkişafının vacib olduğunu diqqətə çatdırıb. Yadranka Yoksimoviç səfər çərçivəsində Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə səmərəli görüş keçirdiyini və partiyalar arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Onun fikrincə, bu sənəd partiyalarımızın münasibətlərinin perspektivi baxımından böyük əhəmiyyət kəsb edir. Qonaq hər iki partiyanın gəncləri arasında əlaqələrin qurulmasının da vacib olduğunu deyib və bu istiqamətdə bütün təkliflərin dəyərli olduğunu diqqətə çatdırıb.
Daha sonra qonaqlar YAP Gənclər Birliyinin ofisində gənclər üçün yaradılmış şəraitlə tanış olublar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

