/ / Quba rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Quba rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
05.05.2015 [14:50]
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar elmi praktiki konfrans keçirilib.
Tədbiri YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev giriş sözü ilə açaraq Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, Ulu öndər Heydər Əliyev dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi: "O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Bu gün isə Ulu öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın ən öncül dövlətləri sırasında yerini alıb".
Sonra tədbir iştirakçıları çıxış edərək xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm məqamlarından danışıblar. Vurğulanıb ki, Ulu öndərin əsasını qoyduğu inkişaf siyasəti nəticəsində bu gün Azərbaycan çiçəklənən, qüdrətlənən bir ölkəyə çevrilib.
Daha sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov da Ulu öndər Heydər Əliyevin hələ Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik etdiyi 13 ildə Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, müstəqillik qazandıqdan sonra isə Azərbaycan dövlətçiliyinin xilası və müstəqilliyimizin əbədiliyini təmin etmək üçün reallaşdırdığı qlobal miqyaslı layihələrdən danışıb. Onun sözlərinə görə, Ulu öndərin fəaliyyətinin hər bir sahəsi fundamental tədqiqat mövzusudur: "Hələ Sovet dövründə Azərbaycana uğurla rəhbərlik edən Ümummilli lider Heydər Əliyev respublikanı sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilib. Başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüzillərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaradıb. Ümummilli liderimiz müstəqil dövlətin əsl mənada qurulması, onun iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan sabitlik yaratdı. Ulu öndərin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir".
Tədbirdə, həmçinin, YAP sıralarına yeni daxil olmuş gənclərə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

