YAP Masallı rayon təşkilatı Ulu öndərin xatirəsinə həsr olunan minifutbol turnirinə start verib
16.04.2015 [10:20]
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən silsilə tədbirlər davam etdirilir. İki gün öncə isə Masallı Olimpiya Kompleksində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə start verilib.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq, ölkəmizin hər bir bölgəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbirlərin keçirildiyini bildirib. S.Əliyev dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması istiqamətindəki xidmətlərindən söz açaraq deyib: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur”.
Seyfəddin Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, eləcə də, idman sahəsində aparılan uğurlu islahatlardan söz açıb, Bakıda keçiriləcək Avropa Oyunları barədə turnir iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin reallıqları ilə bağlıdır. S.Əliyev deyib ki, Azərbaycan cəmiyyəti öz yüksək tolerantlığı, başqa mədəniyyətlərə, konfessiyalara dözümlülüyü ilə fərqlənir. Azərbaycan qısa müstəqillik tarixində özünü beynəlxalq birliyə hər cəhətdən layiqli töhfələr verən, regional və qlobal miqyasda gedən proseslərə müsbət təsir göstərən bir ölkə kimi tanıdıb.
Turnirin açılış mərasimində iştirak edən rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bütün komandalara müvəffəqiyyətlər arzulayıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

