YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib
07.04.2015 [10:03]
Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib. Tədbirdə YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin üzvləri, o cümlədən, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak ediblər. Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra konfransı giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Natiq bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində gənclər ölkəmizdə dövlət quruculuğunun fəal iştirakçılarına çevriliblər: “Yeni Azərbaycan Partiyası dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edir. Eyni zamanda, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin inkişafına öz töhfələrini verir”.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin sədri Emil Məmmədov bildirib ki, YAP Şirvan şəhər təşkilatının 5200 üzvündən 2300 nəfərini gənclər təşkil edir. Qeyd edilib ki, YAP Şirvan şəhər təşkilatının gənc üzvləri Şirvan şəhərinin, eləcə də, ölkəmizin ictimai həyatında fəallığı ilə seçilir. Partiyanın Şirvan şəhər təşkilatının gənc üzvləri YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələrdə, yay və qış məktəblərində də fəal iştirak ediblər: “YAP Şirvan şəhər təşkilatının Gənclər Birliyinin üzvləri, eyni zamanda, ötən ilin dekabrında keçirilən bələdiyyə seçkilərində aktiv iştirak ediblər”.
Hesabat məruzəsi ətrafında çıxış edən Şirvan şəhər gənclər və idman idarəsinin rəisi Azər Quliyev, YAP Şirvan şəhər təşkilatının üzvləri Z.Əhmədli, N.Nəmini və digərləri ötən konfransdan keçən müddət ərzində görülmüş işləri qənaətbəxş hesab edib və partiya şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra təşkilati məsələlərə baxılıb, YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin Şura üzvləri, idarə heyəti və YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib. Emil Məmmədov yenidən YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin sədri, həmçinin, sədrin müavinləri seçiliblər.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər. Bildirilib ki, bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal şərait əsasında ərsəyə gəlib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

