Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir
02.04.2015 [10:07]
YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfrans iştirakçıları öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq YAP Gənclər Birliyinin yaranmasından, ötən müddət ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı danışıb. Qeyd edib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirir: “Azərbaycan gəncliyi müstəqillik illərində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmişdir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmişdir. Bu gün də gəncliyin inkişafı dövlət siyasətinin tərkib hissələrindən biridir”.
YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Ramin Əliyev məruzə ilə çıxış edərək təşkilatın ötən konfransdan keçən müddət ərzində gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin sayı 1747 nəfərdir: “Onlardan 538 nəfəri ali təhsilli, 275 nəfəri orta ixtisas təhsilli, 934 nəfəri isə orta təhsillidir. YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin 701 nəfəri qadınlardır. Təşkilatımızın gənc üzvləri arasında 3 nəfər ustalığa namizəd, 2 nəfər idman ustası, 2 nəfər respublika çempionu, 1 nəfər Avropa çempionu var”.
Sonra Maisə İsmayılova, Şəhriyar İsmiyev məruzə ətrafında çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən, o cümlədən YAP-ın gəncliyin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Konfransda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov, Zərdab rayon İcra Hakimiyyətinin başçısı YAP Zərdab rayon təşkilatının İdarə Heyətinin üzvü Lütvəli Babayev çıxış edərək Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də, idman həyatında gənclərin rolundan danışıblar. Qeyd edilib ki, mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Diqqətə çatdırılıb ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması müstəsna əhəmiyyət kəsb edir.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin 17 nəfərdən ibarət Şura üzvləri, 11 nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçilib. Ələkbər Kərimov YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri, Nihad Qənimətoğlu və Aynur Məmmədova isə sədr müavinləri, eyni zamanda, YAP Gənclər Birliyinin respublika konfransına 2 nəfər nümayəndə seçilib.
Tədbirdə konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Konfransın sonunda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

