/ / YAP Gənclər Birliyinin ofisində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib
YAP Gənclər Birliyinin ofisində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib
01.04.2015 [09:55]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov tarix boyu ermənilər tərəfindən xalqımıza qarşı qətliamlar törədildiyini bildirib. Onun sözlərinə görə, hazırda soyqırımın dünyada tanıdılması yönündə sistemli iş aparılır. Belə ki, bir sıra dövlətlərdə tədbirlər, anım günləri, konfranslar keçirilir. “Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər davam edir. Azərbaycanın qonşusu olan, illərlə ölkəmizin çörəyini yeyən Ermənistan və onun xalqı bir çox dövlətlərlə, havadarları ilə birləşərək azərbaycanlılara qarşı soyqırımlar törədiblər”, - deyən S.Orucov əlavə edib ki, bu cür məsələlərdə həmişə Azərbaycan dövləti ziyan çəkib: “Ermənilər böyük dövlətlərin bir növ oyunlarını həyata keçirmək üçün vasitə olublar. Təbii ki, bundan da əziyyət çəkən bizim xalqımız, millətimiz, dövlətimiz olub. Soyqırım tək Bakıda, Qarabağda deyil, Quba, Şamaxı, Hacıqabul, Naxçıvan, Lənkəran və digər bölgələrdə də həyata keçirilib. Lakin biz - Azərbaycan gəncliyi mütləq tariximizi yaxşı bilməli, eləcə də, qonşularımızı, dostlarımızı, düşmənlərimizi yaxşı tanımalıyıq. Çünki biz bunu bilmədiyimiz təqdirdə gələcəkdə yenidən təkrarlana bilər. Bizim əsas məqsədimiz odur ki, gənclərimiz bu məsələni daha da yaxşı bilsinlər”.
Tədbirdə çıxış edən tarix elmləri doktoru, professor Anar İsgəndərov bildirib ki, 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir: “1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin xalqımıza qarşı həyata keçirdikləri soyqırım faktları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının arxiv sənədlərində öz əksini tapır”.
Komissiyanın 1918-ci il iyul ayının 15-də Azərbaycan Milli Hökuməti tərəfindən Gəncədə yaradıldığını bildirən A.İsgəndərov komissiyanın yaradılmasında əsas məqsədin ermənilər tərəfindən 1918-ci ilin martında Bakıda, mart-may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, 1918-1919-cu illərdə Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən soyqırımlarla bağlı təhqiqat sənədlərinin toplanması və bu sənədlərin dünyanın müxtəlif dillərində nəşr olunması və beynəlxalq aləmə çatdırılmasından ibarət olduğunu deyib.
Tədbir daha sonra fikir mübadiləsi şəraitində öz işini davam etdirib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

