/ / Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
31.03.2015 [10:06]
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Sumqayıt “Gənclər Evi”ndə keçirilən konfransın iştirakçıları öncə 1918-ci il mart soyqırımı qurbanlarının və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev qeyd edib ki, 1992-ci ildə Azərbaycan xalqının xilaskarı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yaradılan, Ümummilli liderimizin parlaq siyasi zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyası şərəfli və çətin yol keçib, ölkənin ictimai-siyasi həyatında hər zaman fəal rol oynayıb.
Hesabat məruzəsi ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Elvin Məmmədzadə hesabat dövründə gənclərin davamlı inkişafı üçün görülən işlərdən, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün YAP Sumqayıt şəhər təşkilatının həyata keçirdiyi tədbirlərdən bəhs edib. Qeyd edilib ki, ötən konfransdan keçən müddət ərzində gənclərin partiyaya qəbulu artıb. Hazırda YAP Sumqayıt şəhər təşkilatınının 25 minə yaxın üzvü var ki, onun da 11 247 nəfərini gənclər təşkil edir. Vurğulanıb ki, ötən ilin sonunda keçirilən bələdiyyə seçkilərində YAP Sumqayıt şəhər təşkilatının üzvləri aktiv iştirak ediblər.
Konfransda çıxış edən Sumqayıt Gənclər və İdman Baş idarəsinin müdiri Elşən Baxşəliyev, 2 saylı internat məktəbinin müəllimi Günel Qiyasova, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbubullayev və başqaları hesabatı qənaətbəxş hesab edib, Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra təşkilati məsələlərə baxılıb, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələr seçilib. Konfrans nümayəndələrinin səsverməsinə əsasən Elvin Məmmədzadə YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri seçilib.
Tədbirin sonunda konfrans iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

