/ / YAP Gənclər Birliyi ilə Level Up Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
YAP Gənclər Birliyi ilə Level Up Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
18.03.2015 [10:07]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə Level Up Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Bununla əlaqədar olaraq, YAP Gənclər Birliyinin ofisində tədbir keçirilib. Tədbirdə YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, Level Up Təhsil və İnkişaf Mərkəzinin təsisçisi Ümid Abuzərli, YAP-ın fəal gəncləri iştirak edib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, təşkilat mütəmadi olaraq gənclər üçün sosial və eyni zamanda, onların biliklərinin artırılmasına zərurət olduqda dil, nitq qabiliyyətinin inkişafı üçün bir çox layihələr həyata keçirir: “Biz YAP GB-nin ofisində pulsuz olaraq dil kursları təşkil etmişik. Onun artıq ikinci mərhələsi yekunlaşmaq üzrədir. İlk dəfə olaraq təkcə ingilis dili ilə bağlı kurslar təşkil etmişdik. Təbii ki, sonrakı zərurəti nəzərə alaraq rus dili kursları da təşkil etdik. Hətta indi ofisimizdə fransız dili kursları da pulsuz olaraq təşkil olunmaqdadır. Xaricdə təhsil proqramı, yay məktəblərinin təşkili ilə bağlı Level Up Təhsil və İnkişaf Mərkəzinin çox böyük təcrübəsi var. Bu memorandumun uğurlarından biri o olacaq ki, biz həmin anlaşmanı professional şəkildə həyata keçirəcəyik. Hətta memorandumun bəndlərində bir çox güzəştlər nəzərdə tutulub”.
Level Up Təhsil və İnkişaf Mərkəzinin təsisçisi Ümid Abuzərli isə diqqətə çatdırıb ki, sözügedən təhsil mərkəzində 6-7 dil akademiyası fəaliyyət göstərir: “Gənc kadrların potensiallarının artırılması üçün xüsusi təlim və tədris olunur. Bizim aktiv departamentlərimizdən biri də xaricdə təhsil departamentidir. Mərkəzimiz Azərbaycan gənclərinə Avropada və ABŞ-da yüksək təhsil almaq imkanları yaradır. İnanıram ki, imzalayacağımız bu memorandum müsbət nəticələr verəcək. Bundan sonra YAP GB-nin üzvləri Level Up Təhsil və İnkişaf Mərkəzinin yaratdığı şəraitdən səmərəli istifadə edəcək. Bununla belə, onlar xüsusi təşkil olunmuş güzəştlərdən yararlana biləcəklər”.
Sonra Level Up Təhsil və İnkişaf Mərkəzinin tanıtım roliki nümayiş etdirilib. Qeyd olunub ki, YAP GB-nin bütün üzvləri bu təlim mərkəzinin imkanlarından güzəştli əsaslarla faydalanacaqlar. Vurğulanıb ki, YAP Gənclər Birliyinin 3 nəfər üzvü mərkəzin öz daxili imkanları hesabına Londona göndəriləcək.
Sonda Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə Level Up Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu YAP Gənclər Birliyinin sədri Seymur Orucov və Level Up Təhsil və İnkişaf Mərkəzinin təsisçisi Ümid Abuzərli imzalayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

