Azərbaycanda həyata keçirilən gənclər siyasəti mütərəqqiliyi ilə fərqlənir
17.03.2015 [10:07]
YAP Quba rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Konfransda YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, YAP Quba rayon təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev Azərbaycanda nümunəvi gənclər siyasətinin həyata keçirildiyini qeyd edib. Yeni Azərbaycan Partiyasının gənclərə xüsusi diqqət və qayğı göstərdiyini deyən Ə.Nəbiyev YAP Gənclər Birliyinin yaranma tarixindən və onun gördüyü işlərdən, qazandığı nailiyyətlərdən danışıb.
Daha sonra YAP Quba rayon təşkilatı Gənclər Birliyinin sədri Habil Bayramlı hesabat məruzəsi ilə çıxış edib. III konfransdan ötən müddət ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər barəsində ətraflı məlumat verən H.Bayramlı Azərbaycan gəncliyinin dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Sonra məruzə ətrafında çıxış edən partiya fəallarından İlkin Xanlarzadə, Aysel Şeydayeva, Nigar Nadirova, Nizami Hüseynov ölkədə həyata keçirilən gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafından söz açıblar. Bildirilib ki, gənclər bu gün dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, ümumiyyətlə, müxtəlif sahələrdə uğurla təmsil olunur və milli inkişafa öz töhfələrini verirlər.
Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov diqqətə çatdırıblar ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Natiqlər, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də, idman həyatında gənclərin rolundan danışıblar.
Qeyd edilib ki, YAP, o cümlədən, partiyanın Gənclər Birliyi gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Tədbirin sonunda YAP Quba rayon təşkilatı Gənclər Birliyinin 23 nəfərdən ibarət Şura üzvləri, 11 nəfərdən ibarət İdarə Heyəti seçilib. Eyni zamanda, YAP Gənclər Birliyinin konfransına nümayəndələr seçilib. Partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri verilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

