/ / Yeni Azərbaycan Partiyası gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir
Yeni Azərbaycan Partiyası gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir
14.03.2015 [10:49]
YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
YAP Qusar rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü David İbramxəlilov ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən danışıb. Yeni Azərbaycan Partiyasının gənclərə xüsusi diqqət və qayğı göstərdiyini deyən D.İbramxəlilov YAP Gənclər Birliyinin fəaliyyətindən, qazandığı nailiyyətlərdən də bəhs edib.
Hesabat məruzəsi ilə çıxış edən YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin sədri Zeynal Əskərov hesabat dövründə rayonda gənclərin davamlı inkişafı üçün görülən işlərdən, YAP Qusar rayon təşkilatının həyata keçirdiyi tədbirlərdən söz açıb. Vurğulanıb ki, YAP Qusar rayon təşkilatının üzvü olan gənclər ölkəmizin və rayonun ictimai-siyasi həyatında fəallıq göstərirlər. Bunun nəticəsidir ki, YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin üzvləri ötən ilin sonunda keçirilən bələdiyyə seçkilərində uğurla iştirak ediblər.
Sonra şəhər 4 saylı orta məktəbin müəllimi Günel Hacıyeva, rayon İcra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi Vadim Fərzəliyev, Qusar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Mehriban Fərəməzova, Çubuqlu kənd orta məktəbinin müəllimi Şixmət Hacıqayibov çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb, hesabat məruzəsini qənaətbəxş sayıblar.
Daha sonra təşkilati məsələlərə baxılıb. Zeynal Əskərov yenidən YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Şənlik Məmmədov və Əlfiyyə Rüstəmova sədr müavinləri seçiliblər. Konfransda, eyni zamanda, YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyətinin tərkibi, həmçinin, YAP Gənclər Birliyinin konfransına nümayəndələr seçilib.
Konfransda çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov diqqətə çatdırıblar ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. YAP gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Azərbaycan gəncliyinin inkişafının dövlətin diqqət mərkəzində olduğunu deyən natiqlər əlavə ediblər ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Prezident İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması mühüm əhəmiyyət kəsb edir.
Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

