YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin IV hesabat konfransı keçirilib
13.03.2015 [14:54]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Şəmkir rayon təşkilatı Gənclər Birliyinin IV hesabat konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından, YAP-ın gənclərin inkişafına xidmət edən tədbirlərindən danışıb, konfransın gündəliyi barədə məlumat verib.
YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Ruhid Hacıyev geniş məruzə ilə çıxış edərək bildirib ki, YAP Gənclər Birliyi fəaliyyəti dövründə həm ölkədaxili, həm də sərhədlərimizdən kənarda bir çox uğurlara imza atıb, bütövlükdə ölkə gəncliyinin mütərəqqi gələcəyinin formalaşmasına mühüm töhfələr verib. Onun sözlərinə görə, hazırda YAP Şəmkir rayon təşkilatının 125 ilk partiya təşkilatı ətrafında 10893 nəfər YAP üzvünü birləşdirir ki, onların 3435 nəfərini (38 faiz) gənclər təşkil edir. YAP Şəmkir rayon təşkilatının Gənclər Birliyi həmişə rayon təşkilatının yaxın köməkçisi olub. YAP Şəmkir rayon təşkilatının keçirdiyi bütün tədbirlərdə gənclər fəal iştirak edirlər. Məruzə ətrafında Gənclər və İdman idarəsinin baş məsləhətçisi, YAP Gənclər Birliyinin üzvü Vüsal Rzayev, Şəmkir rayon İrmaşlı kənd bələdiyyəsinin sədri Lamiyə Allahverdiyeva, YAP Şəmkir rayon təşkilatı Aparatının təlimatçısı, YAP Şəmkir rayon Gənclər Birliyinin üzvü İlkin Musayev, Şəmkir şəhəri Ə.Cavad adına Mədəniyyət Mərkəzinin direktoru Tural Əliyev çıxış edərək hesabat dövründə Gənclər Birliyi tərəfindən həyata keçirilən işlər, görülən tədbirlər barədə konfrans iştirakçılarına məlumat veriblər.
Konfransda təşkilati məsələlərə baxılıb, 25 nəfərdən ibarət YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, 13 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib. Həmçinin, Emin İsmayılov YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri, Lamiyə Allahverdiyeva və Vüsal Rzayev sədr müavinləri seçiliblər. Konfransda, həmçinin, YAP Gənclər Birliyinin IV konfransına nümayəndələr seçiliblər.
Konfransın işində ekologiya və təbii sərvətlər nazirinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və Yeni Azərbaycan Partiyasi Mərkəzi Aparatının məsul işçisi Rafayıl Gülməmmədov çıxış edərək, gənclərin ölkənin ictimai-siyasi həyatında rolu, ölkədə həyata keçirilən gənclər siyasəti barədə, həmçinin gənclər qarşısında duran vəzifələr barədə danışıb, gənclərə öz tövsiyələrini veriblər.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

