Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
13.03.2015 [14:53]
Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov, Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev konfransda çıxış edərək bildirib ki, partiyanın sıralarında gənclər böyük üstünlük təşkil edir və yeni üzv olanların əksəriyyəti gənclərdən ibarətdir. Ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşmasına xüsusi diqqət yetirib. Bu siyasət bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Alışov ötən konfransdan keçən müddət ərzində Birliyin fəaliyyəti barədə məlumat verib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. V.Rəhimzadə xüsusi olaraq vurğulayıb ki, YAP öz sıralarında 650 minə yaxın üzvü birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilə bilib. Partiyanın sıralarında yüksək intellektual potensiallı gənclər üstünlük təşkil edir.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov ölkəmizin son illərdə sürətli inkişafından, qazandığı uğurlardan geniş söhbət açıb.
Konfransda Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərdiklərini, müasir düşüncə tərzi, yeni texnologiyalardan istifadə sahəsində intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə töhfə verdiklərini diqqətə çatdırıb.
YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov görülən işləri qənaətbəxş hesab edərək, YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinə gələcək fəaliyyətlərində ölkənin, o cümlədən rayonun ictimai-siyasi həyatında daha fəal iştirak etmələrini tövsiyə edib.
Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Yardımlı rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

