Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
07.03.2015 [11:22]
Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda YAP Göyçay rayon təşkilatının sədr müavini Sahib Şükürov çıxış edərək bildirib ki, Azərbaycanın inkişafını, tərəqqisini və xalqımızın xoşbəxtliyini Heydər Əliyev siyasi kursunun davamında görən YAP Göyçay rayon təşkilatının gəncləri öz konfranslarını yüksək sevinc və əmək nailiyyətləri ilə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə qeyd edirlər.
Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov çıxış ediblər. Bildirilib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkəşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas siyasi qüvvəyə çevrilən siyasi qurum olub. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xilas olub. Bu gün YAP-ın sıralarında birləşən 650 mindən çox insan Ulu öndər Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır.
YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin sədri Aytən Nəbiyeva çıxış edərək, ötən konfransdan keçən müddət ərzində görülən işlər barədə məlumat verib. Bildirilib ki, hazırda YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin sayı 3006 nəfərdir və bu da YAP rayon təşkilatında birləşən üzvlərin 39,2 faizini təşkil edir. Onlardan 1248 nəfəri ali təhsilli, 1079 nəfəri orta ixtisas təhsilli, 676 nəfəri isə orta təhsillidir. Ötən hesabat seçki yığıncağından bu günədək Gənclər Birliyinin sıralarına 612 nəfər qəbul olunub.
Partiya üzvü olan fəal gənclər çıxış edərək, Gənclər Birliyinin bundan sonra da öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliklərini bildirib, partiyanın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Onun ən yaxın köməkçisi olacaqlarını diqqətə çatdırıblar.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin konfransına nümayəndələr seçilib.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27

