Laçınlı gənclər rayonun ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib
07.03.2015 [11:21]
Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin qəsəbədəki büstü önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər. Konfransda çıxış edən YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərin ölkənin ictimai-siyasi həyatında rolundan bəs edib. Bildirib ki, YAP Gənclər Birliyi respublikamızın ən öndə gedən gənclər təşkilatıdır.
Təşkilatın Gənclər Birliyinin sədri Vüsal Həsənovun hesabat məruzəsində təşkilatın ötən konfransından keçən dövrdəki fəaliyyətindən bəhs edilib. Bildirilib ki, YAP Laçın rayon təşkilatının 3451 nəfər üzvünün, 747 nəfəri gənclərdir. Laçınlı gənclər rayonun ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib. YAP üzvü olan gənclərin 344 nəfəri təhsil, 91 nəfəri səhiyyə, 169 nəfəri mədəniyyət, 98 nəfəri idarəetmədə çalışır. Gənclər Birliyinin üzvləri Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edirlər.
Gənclər onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, etimadı doğrultmaq üçün daha da səylə çalışacaqlarını bildiriblər. Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı dövlətimizin gənclərə xüsusi diqqətinin növbəti təzahürü kimi qiymətləndirilib.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Laçın rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin, YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27

