Azərbaycanda gənclərin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
05.03.2015 [09:54]
YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir öz işini YAP Xətai rayon təşkilatının konfrans zalında davam etdirib.
Konfransı açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov YAP Xətai rayon təşkilatının fəaliyyəti haqqında danışaraq deyib ki, rayonda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir. H.Mirələmov, həmçinin, gənclərin də rayon təşkilatının fəaliyyətində uğurlu iştirakı barədə danışaraq, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Əliyev ötən dövrdə görülən işlərlə bağlı hesabat verib. S.Əliyev diqqətə çatdırıb ki, hesabat dövründən keçən müddət ərzində YAP Xətai rayon təşkilatına üzv olan gənclərin sayı durmadan artıb: “Belə ki, 470 gənc YAP Xətai rayon təşkilatına üzv olub”.
Hesabat ətrafında çıxış edən Aliyə Ağrılı, Könül Əfəndiyeva, Allahverdi Məmmədov və Yalçın Əliyev YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin ötən dövrkü fəaliyyətini yüksək qiymətləndirib, hesabatı qənaətbəxş sayıblar.
Sonra təşkilati məsələlərə baxılıb. Əvvəlcə YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin və Şurasının yeni tərkibi seçilib. Daha sonra Sərxan Əliyev YAP Xətai rayon təşkilatı GB-nin sədri, Aliyə Ağrılı, Yalçın Əliyev, Kənan Rzayev və Nuranə Şıxəliyeva isə onun müavinləri seçiliblər. Həmçinin, YAP Gənclər Birliyinin IV konfransına nümayəndələr seçilib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin yaradılan imkanlardan istifadə edərək uğurlu fəaliyyətindən danışıb. O deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər: “Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən, gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatımızda fəal iştirakını təmin etmək məqsədilə dövlət başçısı tərəfindən verilən Fərman və sərəncamların əhəmiyyətindən, Dövlət proqramlarının qəbul edilməsindən söhbət açıb. Razim Məmmədov sonda YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyəti və Şura üzvlərinin yeni heyətini təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

