Naftalan gəncləri ictimai-siyasi proseslərdə fəal iştirak edirlər
05.03.2015 [09:45]
YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfransda Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova, YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, ziyalılar və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev açaraq qeyd edib ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir və gənclik dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bütün sahələrdə gənclərin potensialından səmərəli istifadə edildiyini deyən Hatəm Qocayev Naftalan şəhərinin inkişaf və tərəqqisində gənclərin fəallığına xüsusi önəm verildiyini vurğulayıb. O, həmçinin, bildirib ki, Naftalan gəncləri ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.
Sonra YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Aynurə Novruzova hesabat məruzəsi ilə çıxış edərək Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin nailiyyətlərindən danışıb. Diqqətə çatdırıb ki, YAP Naftalan şəhər təşkilatının Gənclər Birliyi 1995-ci ildə təsis olunub: “Bu gün YAP Naftalan şəhər təşkilatının 1146 üzvündən 377 nəfəri gənclərdir. Hesabat dövründə partiya sıralarına 279 nəfər gənc qəbul edilib. Gənclər şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, bütün sahələrdə, həmçinin, elmdə, təhsildə böyük uğurlar qazanıblar”.
Məruzə ətraında çıxış edən Ayxan Əsgərov, Aysel Məmmədova və başqaları Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən diqqət və qayğının onların inkişafına əhəmiyyətli töhfə olduğunu bildiriblər. Natiqlər YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri, sədr və müavinləri seçiliblər. Aynurə Novruzova yenidən YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri, həmçinin, YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Konfransda çıxış edən Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova və YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev yeni seçilən tərkibi təbrik edib, gələcək işlərində nailiyyətlər arzulayıblar. Natiqlər Naftalan gənclərinin daim dövlətçiliyimizə, Heydər Əliyev ideyalarına sadiq olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

