YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
04.03.2015 [09:58]
Martın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra konfrans Ağdam Musiqi Kollecinin zalında davam etdirilib. Konfransı YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev açaraq ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə məlumat verib.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də, idman həyatında gənclərin fəaliyyətindən danışıblar. Bildirilib ki, YAP Gənclər Birliyi respublikamızın öndə gedən gənclər təşkilatıdır. Partiya üzvlərinin 254 min nəfərini gənclər təşkil edir.
Tədbirdə, həmçinin, YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının 5927 nəfər üzvündən 1741-i gənclərdir. Hesabat ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Ağdam rayon Quzanlı qəsəbə ərazi nümayəndəsi Xəyalə Əliyeva, partiya fəalı Elmir Rüstəmov çıxış ediblər.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin 21 nəfərdən ibarət şurası, 11 nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçilib. İştirakçıların yekdil rəyi ilə Azər Əliyev YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Konfransda YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr də seçilib. Konfransda YAP-ın sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

