Ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir
04.03.2015 [09:58]
YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib. Konfrans iştirakçıları və qonaqlar əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən stendlərə baxıblar.
Sonra konfrans YAP Cəlilabad rayon təşkilatının iclas zalında davam etdirilib. Konfransı giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı ölkəmizdə uğurlu gənclər siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib: “Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb”.
Rayon təşkilatının sədri deyib ki, Ümummilli lider tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Abdullayev hesabat məruzəsi ilə çıxış edib. Cəlilabad şəhər 3 saylı uşaq bağçasının müdiri Günel Məmmədova, DSMF rayon şöbəsinin məsləhətçisi Orxan Cavadlı, Azərbaycan Müəllimlər İnstitutu Cəlilabad filialının tələbəsi Gülşən Nəcəfova, Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Ziya Quliyev, rayon təhsil şöbəsinin metodisti Elçin Hüseynov hesabatı qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin 21 nəfərdən ibarət şurası, 9 nəfərdən ibarət İdarə Heyəti seçilib. Eyni zamanda, Vüsal Kazımov YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin sədri, Anar Abdullayev, Günel Məmmədova, Elçin Hüseynov və Ziya Quliyev sədr müavinləri seçiliblər. Konfransda, həmçinin, YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr də seçiliblər.
Konfransda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı, YAP Cəlilabad rayon təşkilatı İdarə Heyətinin üzvü Əziz Əzizov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov YAP rayon təşkilatı Gənclər Birliyinin rəhbər heyətinə seçilmiş gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Natiqlər, həmçinin, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gənclərə diqqət və qayğısını xüsusi qeyd edib, respublikada yaranmış siyasi sabitliyin, iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərin məhz dövlət başçısının səmərəli və yorulmaz fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

