/ / Azərbaycanda gənclərin intellektual, fiziki və mənəvi inkişafı strateji məqsəd kimi müəyyənləşdirilib
Azərbaycanda gənclərin intellektual, fiziki və mənəvi inkişafı strateji məqsəd kimi müəyyənləşdirilib
03.03.2015 [09:50]
YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Fevralın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfransda məlumat verilib ki, Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı Gənclər Birliyi fəaliyyətində qarşıya qoyulan məsələlərin həlli, partiya sıralarında gənclərin sayının artırılması istiqamətində səylə çalışır. 2014-cü ildə rayonda partiya sıralarına qəbul edilən 246 nəfərdən 141-i gənclərdir. Ümumilikdə, YAP Xaçmaz rayon təşkilatının tərkibindəki 8 min 478 nəfər partiya üzvünün 3 min 45 nəfəri gənclərdir ki, onların da 1491 nəfərini qadınlar təşkil edir.
YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin hesabatında qeyd olunub ki, yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə keçirilən seçkilərdə partiyanın gənc üzvləri fəallıq nümayiş etdiriblər. Rayon üzrə 38 bələdiyyəyə YAP-dan 248 nəfər üzv seçilib. Onlardan 105 nəfəri qadın, 87 nəfəri isə 30 yaşadək gənclərdir.
Konfransda YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də, idman həyatında gənclərin rolundan danışıblar. Qeyd edilib ki, YAP, o cümlədən, partiyanın Gənclər Birliyi gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan strateji bir məsələdir. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialının gerçəkləşməsi, onların vətənpərvər, savadlı kadr kimi yetişməsi istiqamətində görülən tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Diqqətə çatdırılıb ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması müstəsna əhəmiyyət kəsb edir.
Sonra YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi, həmçinin, YAP Gənclər Birliyinin IV konfransına nümayəndələr seçilib. Konfransda YAP-ın sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqəsi təqdim edilib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

