Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyi təsis olunub
03.03.2015 [09:50]
Fevralın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis konfransı keçirilib. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər.
Konfransı giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. M.Manafov bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Pirallahı gənclərinin təmsilçiləri, o cümlədən, Pirallahı bələdiyyəsinin əməkdaşı Aytən Əliyeva, YAP Pirallahı rayon təşkilatının təlimatçısı Cavid Babayev və başqaları Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıblar. Çıxışlarda ölkəmizdə gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığı, həmçinin, YAP Gənclər Birliyinin Azərbaycanın ən böyük, güclü gənclər təşkilatı olduğu vurğulanıb.
Daha sonra konfransa seçilmiş nümayəndələr YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis edilməsinə yekdilliklə səs veriblər. Nümayəndələr, həmçinin, ümumi səsvermə ilə Gənclər Birliyi İdarə Heyətinin 11 nəfərdən ibarət tərkibini, sədrini və onun müavinlərini seçiblər. Orxan Babayev YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri, Aytən Əliyeva və Rüfət Məmmədov isə sədrin müavinləri seçiliblər.
Yeni seçilmiş YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvlərini, sədrini və onun müavinlərini təbrik edən, yeni fəaliyyət sahəsində uğurlar arzulayan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirib ki, 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ölkəmizin bir çox problemlərinin, o cümlədən, gənclərin problemlərinin öz həllini tapması ilə nəticələndi. Məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi dövlət gənclər siyasəti nəticəsində bu gün gənclər cəmiyyətdə öz yerlərini tutublar və Azərbaycanın işıqlı gələcəyinin qurucularına çevriliblər. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin Yeni Azərbaycan Partiyasına axınını gücləndirib.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev vurğulayıb ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Bu isə özlüyündə həmin böyük qüvvənin gənclər qurumu olaraq YAP Gənclər Birliyinin, o cümlədən, YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə əlavə məsuliyyətlər qoyur. YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvlərini, sədrini və onun müavinlərini təbrik edən natiq onların hər birinə bu məsuliyyətli fəaliyyət sahəsində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

