Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət və qayğı göstərir
28.02.2015 [13:14]
YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib. Konfransda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər. Öncə konfrans iştirakçıları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbiri giriş sözü ilə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq Azərbaycanda nümunəvi gənclər siyasətinin həyata keçirildiyini qeyd edib. Yeni Azərbaycan Partiyasının gənclərə xüsusi diqqət və qayğı göstərdiyini deyən E.Heydərov YAP Gənclər Birliyinin yaranma tarixindən və onun gördüyü işlərdən, qazandığı nailiyyətlərdən danışıb.
Daha sonra YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Rəhmanov hesabat məruzəsi ilə çıxış edib. R.Rəhmanov hesabat dövrü ərzində görülən işlər, keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, YAP Siyəzən rayon təşkilatının 3399 nəfər üzvünün 930 nəfərini gənclər təşkil edir.
Hesabat məruzəsi dinlənildikdən sonra məruzə ətrafında çıxış edən partiya fəallarından Ramilə Seyidova, Şəms Hüseynova və YAP Siyəzən rayon təşkilatının aparat rəhbəri İxtiyar İsayev ölkədə həyata keçirilən gənclər siyasətindən, gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafından söz açıblar. Bildirilib ki, gənclər bu gün dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, ümumiyyətlə, müxtəlif sahələrdə uğurla təmsil olunur və milli inkişafa öz töhfələrini verirlər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə vurğulayıb ki, müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə olunması təşkil edir: “Dövlət başçısının gənclər siyasəti ilə bağlı imzaladığı proqramların əhatəliliyini, onların gənclərlə bağlı ən müxtəlif sahələrdə görüləcək işləri əks etdirməsini və yüksək səviyyədə icrasını nəzərə aldıqda, Azərbaycanda gəncliyə və gənclərə, həqiqətən də, böyük önəm verildiyi bir daha aydın olur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb”.
H.Babaoğlu vurğulayıb ki, YAP, o cümlədən, partiyanın Gənclər Birliyi gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Azərbaycan gəncliyinin inkişafının dövlətin diqqət mərkəzində olduğunu deyən baş redaktor əlavə edib ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Bu istiqamətdə başlıca strateji hədəf gənclərin hərtərəfli inkişafını və onların cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir.
Konfransın sonunda təşkilati məsələlərə baxılıb. YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin 21 nəfərdən ibarət Şurası, 9 nəfərdən ibarət idarə heyəti seçilib. Rəşad Rəhmanov YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin sədri, Şadil Heydərli və Şəms Hüseynova isə sədr müavinləri seçiblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

