YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin hesabat konfransı keçirilib
28.02.2015 [13:13]
Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev çıxış edərək bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə xaos, anarxiya hökm sürürdü: “Azərbaycan müstəqillik əldə etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. O dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində baş tutdu. Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, Partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri, partiyanın Siyasi Şurası və İdarə Heyəti seçildi. YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu. O dövrdəki dağıdıcı hakimiyyətin yaratdığı maneələrə baxmayaraq, xalqın Ulu öndər Heydər Əliyevə olan böyük inamı və sevgisi nəticəsində qısa müddətdə respublikanın bütün bölgələrində partiyanın yerli təşkilatları yaradıldı”.
F.Gülaliyev ölkədə gənclərə olan diqqət və qayğıdan söz açaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Daşqın Ağayev hesabat məruzəsi ilə çıxış edərək, ötən dövrdə görülən işlərdən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası sınaqlardan uğurla çıxmış, böyük və şərəfli yol keçmiş siyasi təşkilatdır. D.Ağayev hesabat dövründə YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin sayının 838 nəfərə çatdığını, onlardan 342 nəfərini qadınlar təşkil etdiyini vurğulayıb: “Gənclərimizdən 99 nəfəri istehsal, 146 nəfəri təhsil, 125 nəfəri mədəniyyət və incəsənət, 130 nəfəri səhiyyədə, 86 nəfəri idarə və müəssisələrdə, 252 nəfəri digər sahələrdə çalışırlar”.
Konfransda Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış edərək, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan, sıralarını günbəgün genişləndirən, bütövlükdə regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasında sağlam düşüncəli, vətənpərvər, yüksək intellektə və biliyə sahib gənclərin birləşdiyini vurğulayıb.
Konfransda çıxış edən “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev 650 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizdən çoxunu gənclərin təşkil etdiyini bildirib və qeyd edib ki, Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. B.Quliyev Gənclər Birliyinin yeni seçiləcək heyətinə gələcək işlərində nailiyyətlər arzulayıb.
Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi zəngin və şərəfli tarixə nəzər salaraq, ötən 23 il ərzində əldə etdiyi uğurlardan danışıb. Həmçinin, Azərbaycanda gənclər siyasətinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb: “Müasir Azərbaycanın təməlini qoyaraq onu gənclərə həvalə edən Ulu öndər Heydər Əliyevin yolunu, yüksələn xətt üzrə inkişaf edən gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı bütün çıxışlarında qeyd edir ki, gələcək gənclərin əlindədir. Dövlət başçısının bu etimadı gənclərin üzərinə böyük məsuliyyət qoyur”.
Sonda təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, həmçinin YAP Gənclər Birliyinin konfransına nümayəndələr seçilib. Daşqın Ağayev YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin sədri, Kəmalə Salamova sədrin müavini seçilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

