YAP İsmayıllı rayon təşkilatının Şura iclası keçirilib
10.02.2015 [09:50]
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatında 2014-cü il ərzində görülən işlərin yekunlarına, 2015-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunan Şura iclası keçirilib. Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının hər zaman ölkəmizin ictimai-siyasi həyatında önəmli rol oynadığını, ölkə daxilində həyata keçirilən uğurlu islahatların təkanverici qüvvəsi kimi çıxış etdiyini, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda, dünyanın aparıcı beynəlxalq təşkilatlarından, siyasi arenalarından xalqımızın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırdığını bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası qüdrətli Azərbaycanın çiçəklənməsi, dövlətçilik sahəsində daha böyük zəfərlərə nail olunması istiqamətində Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Ulu öndər Heydər Əliyev ideyalarının gənc nəslə çatdırılması, bu irsin daha dərindən öyrənilməsi məqsədilə İsmayıllı şəhər məktəblərində, o cümlədən, kənd məktəblərində İsmayıllı Peşə Tədrisi Mərkəzində, Dövlət Humanitar və Texnologiya Kollecində və digər yerlərdə tədbirlər keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gözəlləşən və müasirləşən İsmayıllı əvvəlki illərlə müqayisədə daha da inkişaf edir. Ölkə Prezidentinin bir il ərzində İsmayıllıya iki dəfə səfər etməsi, əhali üçün vacib sosialyönümlü obyektlərin açılışında iştirak etməsi rayonun inkişaf etmiş rayonlar sırasına çatmasına öz müsbət təsirini göstərir, tikilən müasir inzibati və yaşayış binaları, şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkili və istirahəti məqsədilə salınan parklar, çəkilən asfalt yollar İsmayıllının simasını daha da gözəlləşdirir: “Bu günlərdə rayonumuzun 2015-ci ilin Gənclər paytaxtı seçilməsi hər birimizi sevindirir, rayonumuzun inkişafı və çiçəklənməsi naminə görüləcək işlərdə daha böyük güc, əzm və iradə verir. Rayon sakinləri ölkə Prezidenti İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndirir, aparılan geniş tikinti-quruculuq işlərini minnətdarlıq hissi ilə qarşılayırlar”.
Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının şura üzvləri Novruz Əsədov, Zaur Muradov, İsmayıl Tarverdiyev, Məhərrəm Əhmədov və başqaları YAP İsmayıllı rayon təşkilatının 2014-cü ildə rayonun ictimai-siyasi həyatında önəmli rol oynadığını qeyd ediblər. Bildirilib ki, 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatıb. Bütün bunlar xalqın Yeni Azərbaycan Partiyasına, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətə inam və etibarının məntiqi nəticəsidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

