Elmar Vəliyev gənclərlə görüşüb
04.02.2015 [10:07]
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının qərargahında gənclərlə işgüzar dialoq keçirib. Tədbirdə şəhər rəsmiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər, tələbələr və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri bayram münasibəti ilə təbrik edib, onlara daha uğurlu və parlaq gələcək arzulayıb. O, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin inkişafı və onların vətənpərvərlik ruhunda formalaşması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu bəhrələrindən, Gəncə gənclərinin qazandığı nailiyyətlərdən söhbət açıb.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Gəncə gənclərinin ölkə başçısı, partiyanın Sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, Gəncənin çiçəklənməsi naminə gənclərin hər bir sahədə böyük fəallıq göstərdiyini bildirib.
Sonra görüşdə iştirak edən gənclər iclas zalında qoyulan açıq mikrofonlarla arzu və istəklərini, təkliflərini bildiriblər. Müraciətlərdə 2016-cı il Avropa Gənclər Paytaxtı təşkilat komitəsinin həyata keçirdiyi tədbirlərlə bağlı könüllülər qrupunun yaradılması, dünya gənc alimlərinin Gəncədə forumunun keçirilməsi, Gəncədə mədəniyyət günlərinin, gənc rəssamların sərgisinin təşkil edilməsi, məktəblərdə valideyn şuralarının yaradılması, məktəb kitabxanalarının zənginləşdirilməsi və digər mühüm məsələlərlə bağlı təkliflər səslənib.
Görüşdə gənclərin bir sıra problemləri yerindəcə həll olunub, müraciət və təklifləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə, məsul şəxslərə tapşırıqlar verilib.
Gənclər keçirilən görüşdə işgüzarlıq, təşəbbüskarlıq, fəallıq göstəriblər və səmimi söhbətlərdən, doğma münasibətdən məmnun qalıblar.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50

