/ / YAP Gənclər Birliyinin ofisində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
YAP Gənclər Birliyinin ofisində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
20.01.2015 [10:06]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib ki, 20 Yanvar faciəsindən illər ötsə də, xalqımızın yaddaşından heç zaman silinməyəcək. Çünki bu, istiqlal mübarizəmizin tarixidir. S.Orucov bildirib ki, 25 il öncə baş verən bu hadisələrdə gənclər ön sıralarda olub. Onun sözlərinə görə, bu amil Azərbaycan gəncliyinin hər zaman proseslərin önündə getdiyini təsdiqləyir.
“20 Yanvar hadisələri zamanı Azərbaycan gənclərinin mütləq əksəriyyəti öz etiraz səsini ucaldıb və Sovet qoşunlarının üzərinə əliyalın gedib. Biz Şəhidlər Xiyabanını ziyarət edərkən bu müqəddəs məkanda uyuyan insanların əksəriyyətinin də gənc olduğunu görürük. Bütün bunlar onu göstərir ki, Azərbaycan gəncləri Vətənimiz uğrunda daim mübarizə aparmağa və canlarından keçməyə hazırdırlar. Bu gün müstəqil Azərbaycanımızla qürur duyuruq. Bu dövlət etibarlı əllərdədir və gənclərimiz ölkə Prezidentinin ətrafında sıx birləşiblər” - deyə, S.Orucov vurğulayıb.
Tədbirdə daha sonra YAP Gənclər Birliyinin 20 Yanvar faciəsi ilə əlaqədar hazırladığı videoçarx nümayiş olunub.
Daha sonra YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək faciənin baş verdiyi dövr, bu faciənin səbəbləri haqqında fikirlərini bildirib, eləcə də, hadisənin şahidi kimi gördüyü faktları diqqətə çatdırıb. K.Kərimov deyib ki, hadisənin baş verməsinə keçmiş SSRİ rəhbərliyi rəvac verib. O bildirib ki, bu faciə əsrlər ötsə də, xalqımızın yaddaşında hər zaman yaşayacaq. YAP İdarə Heyətinin üzvünün sözlərinə görə, bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir: “Lakin Azərbaycan xalqı bu günü yalnız hüzn və matəm günü olaraq qeyd etməməlidir. 20 Yanvar gecəsi baş verən faciə, eyni zamanda, millətimizin tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil oldu. 1990-cı ilin yanvar ayının “Qanlı Şənbə” axşamı, illərdən bəri azad yaşamaq istəyən xalqımızın mərd oğul və qızları azadlıq uğrunda ilk qəti addımlarını atdılar. Yəni, bizim bu günümüz üçün öz canlarını fəda etdilər. Vətən şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır, çünki Vətən və torpaq şəhidləri ilə ucalır”.
K.Kərimov qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev hələ Moskvada yaşayarkən, həyatını böyük təhlükə altında qoyaraq, hadisənin səbəbkarlarına kəskin etirazını bildirib. O, hazırda Azərbaycan dövləti və xalqı tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulduğunu vurğulayıb.
Daha sonra YAP İdarə Heyətinin üzvü K.Kərimov gənclərin suallarını cavablandırıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

