20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir
20.01.2015 [09:56]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetində “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Gəncə şəhər təşkilatı İdarə Heyəti və Şurasının üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, xalqımız üçün faciəli olan Qanlı Yanvardan 25 il keçir. Bu faciə öz mahiyyətinə görə təkcə Azərbaycanın deyil, XX əsrdə dünyanın ən böyük faciələrindən biridir. Torpağının və azadlığının müdafiəsinə qalxan bir xalqa Sovet ordusunun hərbi qüvvələri tərəfindən qanlı divan tutulub və yüzlərlə silahsız insan qətlə yetirilib.
20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra bu qanlı faciə ilə bağlı videoçarx izlənilib.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev 20 Yanvar hadisələrinə Ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilməsindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ermənilərin azərbaycanlılara qarşı məkrli düşmən siyasətinin ifşa edilməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması, torpaqlarımızın düşmən işğalından azad edilməsi istiqamətində həyata keçirdiyi dünyamiqyaslı tədbirlərdən, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün göstərdiyi dəyərli xidmətlərdən geniş bəhs edib.
Tədbirdə, həmçinin, AMEA-nın Gəncə bölməsinin direktoru, akademik Fuad Əliyev, partiya şəhər təşkilatının sədr müavini Pərvin Kərimzadə, ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov, Səhiyyə İdarəsinin müdiri Əlikram Məmmədov çıxış edərək, ölkəmizdə və eləcə də, Gəncədə şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyini, bu istiqamətdə dəyərli işlər görüldüyünü bildirməklə, azadlıq və müstəqillik qurbanlarının qanının yerdə qalmayacağını, ölkə başçısı İlham Əliyevin yorulmaz fəaliyyəti və ciddi səyləri nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini, Vətənimizin ərazi bütövlüyünün bərpa olunacağını vurğulayıblar.
Sonda Gəncə şəhər 23 saylı tam orta məktəbin şagirdləri tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

