YAP Nəsimi rayon təşkilatında 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib
17.01.2015 [11:06]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı həlak olmuş bir qrup şəhidlərin ailə üzvləri və əlillərin iştrakı ilə görüş keçirilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin üzvü Məlahət İbrahimqızı, Nəsimi rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, eləcə də, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. Odur ki, üstündən 25 il ötməsinə baxmayaraq, 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, hörmətlə anılır.
“Əgər biz qəhrəmanlıq tariximizin səhifələrini vərəqləsək, görərik ki, 20 Yanvar Azərbaycanın qəhrəmanlıq tarixində ən yüksəkdə, ən ucada dayanır. Bu elə bir tarixdir ki, məhz həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu Sovet İmperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. Hesab edirəm ki, 20 Yanvar faciəsi olmasaydı, bəlkə də, Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı” - deyən natiq, salonda əyləşənlərin əksəriyyətinin bu faciənin canlı iştirakçısı olduğunu vurğulayıb.
Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu xatırladan millət vəkili, məhz bu səbəbdən də o illərdə bir çox xarici dövlətlərin bizim milli sərvətlərimizə göz dikdiyini, respublikamızın müstəqillik əldə etməsinə qarşı olduğunu deyib. Onun sözlərinə görə, məhz Dağlıq Qarabağ uğrunda başlanan müharibə də bu çirkin niyyətlərin məntiqi davamı idi. “İmperialist güclər Azərbaycan xalqının belə əzmkar, mübariz xalq olduğunu bilmirdilər. Azərbaycanlıların belə cəsarətli, şücaətli olduqlarını təsəvvürlərinə belə gətirmirdilər. Əgər 20 Yanvar faciəsi olmasaydı, bunu, bəlkə də, hələ uzun müddət bilməyəcəkdilər. Məhz Qanlı 20 Yanvar faciəsindən sonra, dünyanın müxtəlif beyin mərkəzlərində Azərbaycana qarşı hazırlanan məkrli niyyətlər alt-üst oldu. Onlar xalqımızın əzmkarlığı və qəhrəmanlığını görüb təşvişə düşdülər, geri çəkilməli oldular. Bu qəhrəmanlıq salnaməsini isə sizin doğmalarınız, bu salonda oturan igid oğullarımız öz qanları, canları və ruhları ilə yazmış oldular”, - deyə M.İbrahimqızı vurğulayıb.
Yeni Azərbaycan Partiyasının ölkədə hakimiyyətə gəldikdən sonra 20 Yanvar faciəsi qurbanlarının xatirəsini daim əziz tutduqlarını xatırladan rayon təşkilatının sədri, həmçinin, əlavə edib ki, şəhid ailələri, eləcə də, o qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə də daim diqqət və qayğı göstərilib. Onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədr müavini Şakir Musayev 25 il əvvəl o dəhşətli gecədə həkimlərimizin mübariz əməllərindən danışıb. “Aparılan analizlər sübut etdi ki, Sovet qoşunları dinc əhaliyə qarşı qadağan olunmuş güllələrdən istifadə etməklə atəş açıblar. Bu zəhərli güllələr insanın sinir sisteminə təsir edir, onu əlilə çevirir və bir müddət sonra isə həyatını tamamilə məhv edir. Əgər həmin gecə paytaxt küçələrində növbə çəkən təcili tibbi yardım maşınları yaralıları vaxtında xəstəxanalara çatdırmasa idilər, həkimlərimiz vaxtında öz səylərini göstərməsə idilər, bəlkə də, 20 Yanvar gecəsi ölənlərin sayı daha da artıq olardı. Məhz həkimlərimizin fədakarlığı sayəsində şəhidlərimizin sayı az oldu”, - deyə o vurğulayıb.
Tədbirdə, həmçinin, “20 Yanvar” Cəmiyyətinin Nəsimi rayon şöbəsinin rəhbəri Tofiq Allahverdiyev və başqaları çıxış edərək 20 Yanvar faciəsindən, dövlətin şəhid ailələrinə və azadlıq uğrunda sağlamlığını itirən vətəndaşlara diqqət və qayğısından danışıblar.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

