Qaxda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb
16.01.2015 [10:09]
Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının Qadınlar Şurası 20 Yanvar” faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Tədbiri giriş sözü ilə açan YAP Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova “Azadlıq yolunun 20 Yanvar zirvəsi” mövzusunda məruzə edib.
Sevil Əsgərova məruzəsində 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə yüzlərlə günahsız və əliyalın Azərbaycan vətəndaşının - qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb. Sevil Əsgərova həmin dövrdə baş vermiş qətliamın qarşısının alınması yönündə heç bir iş görməyən Azərbaycanın o zamankı rəhbərliyinin öz vəzifələrini qorumaq üçün hətta sonradan hadisələrin nəticələrini də ört-basdır etməyə çalışdıqlarını, yalnız Ümummilli lider Heydər Əliyevin həmin dövrdə Moskva şəhərində verdiyi etiraz bəyanatı, mətbuat qarşısında çıxışı nəticəsində bu hadisələrin dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırıldığını, sonradan da Ulu öndərin sayəsində bu hadisələrə siyasi-hüquqi qiymət verildiyini deyib.
Daha sonra çıxış edən partiya fəallarından Arzu Əliyeva, Cəryət Dəmirçiyeva, Kəmalə Məcidova, Güllü Əhmədova bildiriblər ki, 1990-cı il yanvarın 20-də keçmiş Sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.
Tədbirdə çıxış edən Qax rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova deyib ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir: “Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik”.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

