Naftalan seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
20.12.2014 [12:37]
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası Naftalanda da uğurla davam edir. Belə ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində Naftalan şəhərində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə Milli Məclisin deputatları Rafiq Məmmədhəsənov və Xanlar Fətiyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev bildirib ki, bələdiyyələr yerli demokratiyanın inkişafında böyük rol oynayır. Buna görə də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər daim diqqət mərkəzindədir. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlaşıb: “YAP Naftalan şəhər təşkilatı da bu kampaniyaya tam hazırdır. Seçki üzrə böyük təcrübə qazanmış xeyli sayda mütəxəssislərimiz var ki, onlar kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunur. Partiyanın İcra Katibliyinin seçkilərlə bağlı verdiyi tövsiyə və tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək üçün şəhər təşkilatının hər bir üzvü səfərbər edilib”.
Çıxış edən Milli Məclisin üzvü Rafiq Məmmədhəsənov deyib ki, YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir. Partiyamızın uğurlarının köklü səbəbləri var: “Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən dəstəklənir. Təbii ki, YAP bu siyasətin ən fəal təbliğatçısıdır. YAP həm də bələdiyyələrin işinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür”.
Görüşdə çıxış edən Milli Məclisin üzvü Xanlar Fətiyev də bildirib ki, YAP bələdiyyə seçkilərinə hərtərəfli və ciddi şəkildə hazırlaşıb. Natiq bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də də YAP-ın qalib gələcəyinə əminliyini bildirib.
Sonda tədbir iştirakçıları çıxış edərək Naftalan seçicilərinin Yeni Azərbaycan Partiyasına güvəndiklərini və YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52

